Ekvador Prezidenti Culian Assanjı «haker» adlandırıb
Tarix: 30.05.2017 | Saat: 23:19:00 | E-mail | Çapa göndər


Ekvador Prezidenti Moreno jurnalistlərə açıqlamasında WikiLeaks-in qurucusu Culian Assanjı haker saymasına baxmayaraq, onun Londondakı Ekvador səfirliyində qalmaqda davam etməsinə icazə verəcəyini bildirib. TASS informasiya agentliyi xəbər verir ki, Moreno, həmçinin Assanjı Ekvadorun və ya digər ölkələrin daxili siyasətinə qarışmamağa çağırıb. Culian Assanj isə sosial media hesabında jurnalist və redaktor olduğunu, hətta ABŞ-ın onu haker hesab etmədiyini yazıb. O, ötən həftə hesabındakı digər paylaşımda Ekvadorda korrupsiya barədə sənədlər əlinə keçərsə, onları da ictimaiyyətə açıqlayacağını bildirmişdi. Xatırladaq ki, 2010-cu ildə Stokholmda iki qadına seksual təcavüzdə ittiham olunan Assanj İsveç hüquq mühafizə orqanlarının sorğusuna əsasən Londonda həbs edilmiş, lakin çox keçmədən girov müqabilində azadlığa buraxılmışdı. İsveçin onu ABŞ-a verəcəyindən ehtiyatlanan Culian Assanj 2012-ci ildə siyasi sığınacaq xahişi ilə Ekvadorun hakimiyyət orqanlarına müraciət etmişdi və beş ilə yaxındır ki, bu ölkənin Londondakı səfirliyində qalır. Bu il mayın 19-da İsveç prokurorluğu Assanjın işi üzrə istintaqın dayandırılması barədə qərar çıxarsa da, Britaniya polisi onun həbsində israrlıdır. Bu səbəbdən Wikileaks-in qurucusu Ekvadorun Londondakı səfirliyini tərk edə bilmir.




 
Bölməyə aid digər xəbərlər
25.05.2019
UNICEF: 600 min əfqanıstanlı uşağı ölümdən xilas etmək üçün 7 milyon dollar tələb olunur
25.05.2019
Yaponiyada 5,1 ballıq zəlzələ Tokionu silkələdi
25.05.2019
Meksikada “Mi-17“ helikopteri qəzaya uğrayıb
25.05.2019
Lyonda partlayış nəticəsində yaralananların sayı 13-ə çatıb
25.05.2019
İtaliyada üç terrorçu həbs olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10787

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 …Hər sözdə vətən axtaran soydaşımız


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info