Fond növbəti fərdi jurnalist yazıları müsabiqəsini elan edib
Tarix: 30.05.2017 | Saat: 23:21:00 | E-mail | Çapa göndər


Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının iclası keçirilib.
Müşahidə Şurasının sədri Umud Mirzəyev iclası giriş sözü ilə açaraq gündəlikdəki məsələlər barədə məlumat verib. Fondun icraçı direktoru Vüqar Səfərli Azərbaycan Milli Mətbuatının yaranmasının 142-ci ildönümü münasibətilə təşkil olunacaq növbəti ənənəvi müsabiqənin KİV-lərə Dövlət Dəstəyi Konsepsiyasında əksini tapmış 19 istiqaməti əhatə edəcəyini bildirib. Vüqar Səfərli müsabiqənin şərtlərinin olduğu kimi saxlanılmasını, hər istiqamət üzrə I yer üçün 500 manat olmaqla 1, II yer üçün 400 manat olmaqla 2, III yer üçün 300 manat olmaqla 3 mükafatın verilməsini təklif edib. İcraçı direktor bildirib ki, ümumilikdə 19 istiqamət üzrə 114 nəfər jurnalistin mükafatlandırılması nəzərdə tutulur. Sonra birinci məsələ ətrafında müzakirələr aparılıb. Müşahidə Şurasının sədr müavini Vüqar Rəhimzadə, üzvlərdən - Bəxtiyar Sadıqov, Faiq Qurbanov və Müşfiq Ələsgərli təklifi müsbət dəyərləndirərək belə müsabiqələrin jurnalistlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və sosial müdafiəsinin yaxşılaşdırılması baxımından əhəmiyyətini diqqətə çəkiblər. Müzakirələrin sonunda müsabiqənin 2017-ci il may ayının 31-dən iyul ayının 11-dək 19 istiqamət üzrə keçirilməsi barədə qərar qəbul olunub. Cari məsələlərin müzakirəsi zamanı icraçı direktor Vüqar Səfərli Fondun yaxın dövr üçün fəaliyyət istiqamətləri barədə məlumat verib.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yaz-yay mövsümündə Balakənə 22 mindən çox turist gəlib
24.09.2018
Cəlilabadda 16 artezian quyusu qazılıb
24.09.2018
Havanın temperaturu enəcək, leysan yağacaq
24.09.2018
“Uşaqlar bizim gələcəyimizdir“
24.09.2018
Gömrük sistemi hərtərəfli dövlət dəstəyi ilə təmin olunub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info