Tramp: “Mən bütün işlərdə Kuşnerə etibar edirəm”
Tarix: 31.05.2017 | Saat: 00:10:00 | E-mail | Çapa göndər


Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyakla ölkə prezidenti Donald Trampın kürəkəni Cared Kuşner arasında “gizli əlaqə” ilə bağlı yazılar Amerika mətbuatında geniş yer almaqdadır. Baş verənlərə münasibət bildirən Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov səfir də daxil olmaqla, heç bir rusiyalı diplomatın qarşı tərəfin hər hansı bir nümayəndəsi ilə “iş münasibətləri” qurmadığını bəyan edib:
“Biz əvvəldən müəyyən etdiyimiz prinsipə, müəyyən narahat lıq hissi doğursa belə, bu gün də riayət edirik. Təbii ki, biz deyilən hər dezinformasiyaların şərhinə başlasaq, bu, Xarici İşlər Nazirliyinin işinin pozulmasına və xarakter etibarı ilə müxtəlif səviyyələrdə diplomatik əlaqələrin dondurulmasına gətirib çıxarar”. Bununla yanaşı, Sergey Ryabkov Tramp administrasiyası ilə yaxşılığa doğru heç bir münasibətin qurulmamasından da narazılıq ifadə edərək, ölkəsinin ABŞ-ın daxili işlərinə heç vaxt müdaxilə etmədiyini vurğulayıb. Xatırladaq ki, “The Washington Post” nəşri ABŞ rəsmilərinə istinadən 2016-cı ildə rusiyalı səfir Kislyakla Trampın kürəkəni Kuşnerin Moskva ilə Tramp qərargahı arasında “gizli rabitə kanalı”nın yaradılması barədə razılıq əldə etməsi barədə yazı dərc edib. Qeyd edək ki, bundan bir müddət əvvəl “Fox News” telekanalı da bu barədə xəbər yayarkən, ideyanın təşəbbüskarı kimi, rusiyalı səfiri nişan vermişdi. Amerika prezidentinin kürəkəni Kuşnerin vəkili Ceym Qorelik də müdafiə etdiyi şəxsin istənilən vaxt bu məsələ ilə bağlı Federal Təhqiqat Bürosunun və ya konqresin suallarına cavab verməyə hazır olduğunu bildirib. Moskva isə bütün bunları absurd kimi dəyərləndirir. “Fox News” telekanalının iddiasına görə, Kuşner və Kislyak arasında danışıqların əsas mövzusu Suriya ilə bağlı olsa da, Rusiya tərəfi “gizli rabitə kanalı” ideyasını qarşı tərəfə təklif edib. Baş verənlərlə bağlı “Röyters” agentliyi də şərh verib. Agentliyin iddiasına görə, Kuşner Kislyakla görüşün bəzi detallarını bu gün də gizli saxlayır. Maraqlı açıqlama isə ABŞ prezidenti Donald Tramp tərəfindən verilib. O, kürəkəni və məsləhətçisi Kuşnerə böyük etimad göstərdiyini dilə gətirib: “Cared ölkəsi üçün gözəl işlər həyata keçirir. Mən bütün işlərdə ona etibar edirəm. O, ölkəni xilas edəcək qənaət proqramları üzərində işləyir. Bundan əlavə, ən vacibi - o, çox yaxşı insandır”-deyə Tramp “New York Times”a verdiyi açıqlamada bildirib.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
İrəvanda “ölü canlar” da seçki bülletenlərinə salınıb
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10136

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info