Avropada yeni təhlükəsizlik formatı yaratmaq mümkündürmü?
Tarix: 31.05.2017 | Saat: 00:17:00 | E-mail | Çapa göndər


Almaniya XİN başçısı:
“Qərb dünyası kiçilib, ABŞ dünya liderliyini itirib, “Böyük yeddilik” ölkələrinin son sammiti dünyada qüvvələr balansının dəyişməsinə işarədir”


“ABŞ dünya lideri statusundan məhrum olub”. “Der Spiegel”in xəbərinə görə, bunu Almaniyanın xarici işlər naziri Ziqmar Qabriel bəyan edib. Onun sözlərinə görə, Vaşinqtonun hazırda yeritdiyi siyasət dünyaya mənfi təsir göstərir. “Trampın hakimiyyətə gəlişi ilə beynəlxalq aləmdə qüvvələr balansı dəyişib. Qərb kiçilib. ABŞ dünya lideri statusundan məhrum olub” - deyə nazir bildirib. Z.Qabriel, həmçinin yeni Vaşinqton administrasiyasının miqrasiya məsələləri və iqlim dəyişikliyinə dair mövqeyini tənqid edib. Onun fikrincə, bu sahədə Ağ Evin təşəbbüsləri mövcud problemləri daha da dərinləşdirir. Almaniyanın xarici işlər naziri qeyd edib ki, “Böyük yeddilik” ölkələrinin son sammiti dünyada qüvvələr balansının dəyişməsinə işarədir.

Qərb dünyasının zəiflədiyi, ABŞ-ın dünya liderliyini itirdiyini deyən Ziqmar Qabriel Avropanı Vaşinqtonun qərarlarına qarşı çıxmağa, iqlim dəyişikliyi ilə bağlı razılaşmanı dəstəkləməməyə çağırıb: “Əgər Avropa lazım olan addımları atmasa, qitəyə miqrant axını daha da artacaq”. Nazir hesab edir ki, Birləşmiş Ştatlarla Səudiyyə Ərəbistanı arasında imzalanan son nəhəng silah razılaşması regionda gərginliyin azalmasına xidmət etmir. Almaniyanın “Sueddeutsche Zeitung” nəşri də təxminən elə bu mövzuda maraqlı araşdırma məqaləsi təqdim edib. Nəşr Almaniya kansleri xanım Merkelin “Avropanı ancaq özünə güvənməsi”, “öz taleyini özü həll etməsi” ilə bağlı son açıqlamasını əsas tezis kimi seçib.

“Avropa ya Trampın tələbləri ilə razılaşmalı, ya da amerikalıların qitədə iştirakına ehtiyac duymayaraq təhlükəsizlik məsələsini özü həll etməlidir. Başqa variantda var - Rusiya ilə münasibətləri qaydasına salaraq yeni təhlükəsizlik konstruksiyası yaratmaq”

Qeyd edilir ki, kansler Merkel İtaliyada keçirilən son sammitin nəticələrindən narazı qalıb. Bu narazılıq isə liderlərin müzakirəsində ABŞ dövlət başçısı Trampın tutduğu mövqe ilə bağlıdır. Almaniya sammitdə müzakirə olunan məsələlərlə bağlı istədiyi nəticəni əldə edə bilməyib - səbəb Trampdır. Sammitdən dərhal sonra Merkel tərəfində səsləndirilən “tamamilə başqalarına güvəndiyimiz zaman geridə qalır. Avropa İttifaqına üzv ölkələr bundan sonra bütün güclərini ancaq öz gələcəklərini özləri müəyyən etməyə sərf etməlidir” sözləri də bunu təsdiqləyir. Almaniya mətbuatı yazır ki, Merkelin belə düşünməsinə səbəb Birləşmiş Ştatların dünya düzəni ilə bağlı fərqli yanaşma ortaya qoymasıdır. Donald Tramp administrasiyasının dünya düzəni ilə bağlı yanaşması əvvəlki dövrdə ortaya qoyulan mövqedən fərqlidir. Avropa təhlükəsizlik sahəsi və bu sahənin maliyyələşməsi ilə bağlı “böyük qardaşa” arxayın olmağa öyrəşib. Amma iş adamı olan Tramp buna qarşıdır və Avropadan daha çox xərcləməyi tələb edir. Tramp NATO-ya Avropa ölkələrindən ayrılan vəsaitin artırılmasını tələb edir. Avropa dövlətləri isə buna qarşıdır. Çünki onlar həmin vəsaiti özlərinin sosial proqramlarına sərf etməyə öyrəşiblər. İndi isə miqrantlarla bağlı əlavə vəsaitə də ehtiyac var. Buradan belə bir nəticə çıxır ki, Avropa ya Trampın tələbləri ilə razılaşmalı, ya da amerikalıların qitədə iştirakına ehtiyac duymayaraq təhlükəsizlik məsələsini özü həll etməlidir. Başqa variant da var - Rusiya ilə münasibətləri qaydasına salaraq yeni təhlükəsizlik konstruksiyası yaratmaq. Bu məsələ bu həftə işə başlayacaq Peterburq forumunda müzakirə olunacaq.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar
15.11.2018
Yaponiya yaxın 5 ildə 345 minədək əcnəbi işçi qəbul edə bilər
15.11.2018
Rusiya ilə danışıqlar 1956-cı ilin bəyanatı üzərində qurulub
14.11.2018
Mari Le Pen Makron və Merkelə qarşı: Avropa ordusu heç bir halda meydana çıxmamalıdır
14.11.2018
Fransa hökumətində Donald Trampın tənqidi tvitlərinə şərh veriblər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info