UNEC Avropa təhsil məkanına inteqrasiyanı genişləndirir
Tarix: 31.05.2017 | Saat: 14:40:00 | E-mail | Çapa göndər


Litvanın Vilnüs şəhərində UNEC ilə Avropanın nüfuzlu ali təhsil müəssisələrindən olan Mikolos Romeris Universiteti arasında magistratura səviyyəsində ikili diplom razılaşması imzalanıb. Razılaşma UNEC-in magistrlərinə Mikolos Romeris Universitetinin diplomunu əldə etmək imkanı verir. Bu, UNEC-in ikili diplom haqqında razılaşma imzaladığı Avropa İttifaqına üzv 4-cü ölkənin universitetidir. Cari ilin sentyabr ayından başlayacaq proqrama qəbul olan magistrlər ilk semestri UNEC-də başa vuraraq, ikinci semestr Mikolos Romeris Universitetində təhsil alacaqlar. Növbəti 3-cü və 4-cü semestr təhsillərini isə yenidən UNEC-də davam etdirəcəklər.
Qeyd olunan ikili diplom proqramı UNEC magistrlərinə UNEC professorları ilə yanaşı Mikolos Romeris Universitetinin professorları ilə elmi tədqiqat işlərini yerinə yetirmək imkanı da verir. Belə ki, hər iki universitetin professorlarının rəhbərliyi altında magistr dissertasiyalarını uğurla müdafiə edən magistrlərə həm UNEC-in, həm də Mikolos Romeris Universitetinin diplomları təqdim olunacaq. Səfər zamanı UNEC-in rektoru, professor Ədalət Muradov və Mikolos Romeris Universitetinin rektoru, professor Algirdas Monkevičius arasında ikitərəfli əlaqələrin bütün spektrləri haqqında müzakirələr aparılıb. Hər iki rektor əlaqələrin son illər daha da vüsət alaraq yüksələn xətt üzrə inkişaf etməsindən, reallaşdırılan tələbə və müəllim mübadiləsindən məmnunluğunu ifadə ediblər. Professor Algirdas Monkevičius UNEC tələbələrinin uğurlu təhsillərini vurğulayaraq, tələbələrin universitetin sosial həyatında fəal iştirak etməsini təqdirə layiq hesab edib. Eləcə də, proqram üçün seçilən tələbələrə hər iki universitet tərəfindən ölkələrə səfər etmək üçün viza və miqrasiya məsələlərində, yaşayış ünvanlarının müəyyən olunması və bank əməliyyatlarında dəstək göstərilməsi razılaşdırılıb. Qeyd edək ki, bu sahədə kifayət qədər təcrübəsi olan UNEC son 3 ildə tələbələrə London Universiteti/London İqtisadiyyat Məktəbi, Fransanın Montpellier Universiteti, eyni zamanda İsveçrənin UBİS Biznes və Beynəlxalq Tədqiqatlar Universitetinin diplomalarını almaq imkanı verir.

Anar




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info