KİV rəhbərləri Naxçıvana səfər edib
Tarix: 31.05.2017 | Saat: 15:10:00 | E-mail | Çapa göndər


Azərbaycanın bir qrup KİV rəhbərinin bu gün Naxçıvan Muxtar Respublikasına (MR) səfəri başlayıb.
Səfər Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİV DF) təşkilatçılığı ilə baş tutub.
20 nəfərlik nümayəndə heyəti üç günlük səfər çərçivəsində yerli KİV-in işi ilə yaxından tanış olacaq, Naxçıvanın mədəni-tarixi abidələrini ziyarət edəcək.
KİV rəhbərlərinin "Naxçıvanın turizm potensialının tanıdılmasında medianın rolu" mövzusunda konfransda iştirakı da nəzərdə tutulur.
Nümayəndə heyətinə KİV DF-nin icraçı direktoru Vüqar Səfərli, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu, “APA Holdinq”in prezidenti Vüsalə Mahirqızı, “Xalq qəzeti”nin baş redaktoru Həsən Həsənov, KİV DF-nin Müşahidə Şurasının sədr müavini, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Ədalət" qəzetinin təsisçisi, millət vəkili Aqil Abbas, “Trend” İnformasiya Agentliyinin baş direktoru İlqar Hüseynov, “İnterfaks” İnformasiya Agentliyinin direktoru Aleksandr İvanov, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, “525-ci qəzetin” baş redaktoru Rəşad Məcid, “Olaylar” İnformasiya Agentliyinin baş redaktoru Yunus Oğuz, “Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev, Azərbaycan Mətbuat Şurasının sədr müavini, “Jurnalistlərin Həmkarlar İttifaqı”nın sədri Müşfiq Ələsgərli, “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, “Həftə İçi” qəzetinin baş redaktoru Sevinc Seyidova, “Palitra” qəzetinin baş redaktoru Namiq Əliyev, “Azernews” qəzetinin baş redaktoru Sevil Mikayılova, KİV DF-nin informasiya texnologiyaları üzrə mütəxəssisi Mirsəid Ağayev, “Movqe.az” saytının müxbiri Zülfiyyə Quliyeva daxildir.
Qeyd edək ki, KİV rəhbərləri ötən ilin oktyabrında da KİV DF-nun təşkilatçılığı ilə Naxçıvan MR-ə iki günlük səfər etmişdi.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Şəhid qazancı...
22.02.2019
Elçin Quliyev: Azərbaycan Sərhəd Mühafizəsi ən müasir döyüş texnikaları, gözətçi gəmiləri ilə təchiz olunub
22.02.2019
Baş prokuror Salyan rayonunda vətəndaşları qəbul edib
22.02.2019
“İrəli” gəncləri “Women rights are human rights” layihəsində
22.02.2019
“Kaspersky Lab”: Azərbaycanda istifadəçilərin 60%-i antivirus quraşdırmaqda maraqlı deyil

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info