“Azərbaycan – pozitiv dünyəviliyin örnəyidir”
Tarix: 24.04.2013 | Saat: 16:54:00 | E-mail | Çapa göndər


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Elşad İskəndərov Ukraynada keçirilən III Kiyev Dinlərarası Forumunda iştirak edir. Bu barədə komitədən qəzetimizə bildirilib. Tədbirdən əvvəl dövlət komitəsi sədrinin başçılıq etdiyi nümayəndə heyəti Kiyevin mərkəzində yerləşən ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, ümummilli liderin xatirəsini ehtiramla anıb. Forumun açılış mərasimində çıxış edən DQİDK-nın sədri Azərbaycanda dövlət-din münasibətləri barədə iştirakçıları məlumatlandırıb və ölkəmizin dünyaya örnək ola biləcək tolerantlıq modelinin səciyyəvi cəhətləri barədə danışıb. Dünyəvi dövlət modellərinin qlobal səviyyədə dinin mötədilliyinə təsir göstərən faktor olduğunu qeyd edən Elşad İskəndərov Azərbaycanda məhz “pozitiv dünyəvilik” modelinin inkişaf etdiyini vurğulayıb. Belə ki, bu model çərçivəsində dinin dövlətdən ayrı olmasına baxmayaraq, dövlətin din sahəsinə qayğı və dəstəyi hər zaman yüksələn xətt üzrə inkişaf etməkdədir.
Daha sonra natiq Prezident İlham Əliyevin “tolerantlıq və multikulturalizm Azərbaycan xarakterinin tərkib hissəsidr” tezisini açıqlayaraq bu modelin ölkəmizin milli tarixi və milli kimliyi ilə səsləşdiyini bildirib. Belə ki, Qırmızı qəsəbə, rus kilsəsi və digər yer və ibadətgahların qorunması, həmçinin ölkədə məscidlərin sayının müstəqillikdən sonra 17 –dən 1800-ə çatması ölkə başçısının sözlərinin bariz nümunələridir.
Qeyd edək ki, Ukrayna Ali Radasının üzvü, Ukrayna Dinlərarası Forumunun sədri Aleksandr Feldmanın təşəbbüsü ilə keçirilən forumda 30-dan çox ölkənin din, ictimaiyyət və siyasət adamları iştirak edir. Səfər çərçivəsində komitə sədrinin Belçika Krallığı Senatının Prezidenti Anna Maria Lizinlə, Ukraynanın hökumət və müxtəlif dini konfessiyaların rəhbərləri ilə görüşləri nəzərdə tutulur.

İLKIN






 
Bölməyə aid digər xəbərlər
25.04.2019
DİM qabiliyyət imtahanlarında edilən dəyişiklikləri açıqlayıb
25.04.2019
Müharibə veteranlarına birdəfəlik maddi yardımın verilməsi mayın 5-ə qədər yekunlaşacaq
24.04.2019
Azərbaycanda tullantılardan nə qədər elektrik enerjisi istehsal edilir?
24.04.2019
Həssas kateqoriyalardan olan daha bir qrup şəxs üçün özünüməşğulluq proqramı üzrə təlimə başlanıb
23.04.2019
Azərbaycanda Çernobıl əlilləri dövlətin qayğısı ilə əhatə olunublar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10759

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 Artıq bəzi sözlər yeni qaydalar əsasında yazılmalıdır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info