Müsavatın “Avropa Koordinasiya Mərkəzi” dağılır
Tarix: 31.05.2017 | Saat: 20:18:00 | E-mail | Çapa göndər


Qurum üzvləri bir birini saxtakarlıqda, fırıldaqçılıqda, təxribat və pozuculuq fəaliyyətində ittiham edirlər
Müsavat partiyasının Avropa Koordinasiya Mərkəzi daxilində ziddiyyətlər pik həddə çatıb. Qurum daxilindəki qruplaşmalar arasında vəzifə uğrunda mübarizə, təşkilatın fəaliyyət istiqamətləri ilə bağlı fikir ayrılığı nəticəsində münasibətlər qarşıdurma səviyyəsinə qalxıb. Məlumata görə, qurumun nəzarət-təftiş komissiyasının fəaliyyəti dayandırılıb, onun sədri Yafəz Həsənov isə tutduğu vəzifədən və təşkilatdan kənarlaşdırılıb. Həmçinin, AKM-in Almaniyanın Bavariya bölgəsi üzrə özəyi buraxılıb, onun sədri Zakir Ağayev də təşkilatdan xaric edilib. AKM-in Almaniyadakı daha bir özəyinin sədri Əhməd Cəlaloğlunun qurumdan çıxarılması məsələsində isə ciddi fikir ayrılığı yaranıb. AKM-dən kənarlaşdırılan Yafəz Həsənov sosial şəbəkələrdəki açıqlamalarında qurumun sədri İlham Həsəni ona qarşı qərəzli mövqe tutmaqda ittiham edib və təşkilatın son toplantısında iddia olunandan daha az adamın iştirak etdiyini və yetərsay olmadığını bildirib. Onların arasında münaqişənin səbəblərinə gəldikdə, əldə etdiyimiz məlumata görə, Y.Həsənov İlham Həsənin saxta AKM vəsiqəsi verməsi faktını aşkarlayıb və məsələ barədə partiya rəhbərliyinə məlumat verib. O, həm də İ.Həsəndən indiyədək verdiyi 100-dən artıq AKM vəsiqəsi, həmçinin Almaniya Miqrasiya Xidmətinə 60-a yaxın şəxs barədə ünvanlandığı dəstək məktubu barədə açıqlama verməsini tələb edib. İ.Həsən isə Y.Həsənovu şantaj və böhtanla məşğul olmaqda, təşkilatın fəaliyyətinə problem yaratmaqda günahlandırıb. Bundan başqa, AKM-dəki narazılıq fonunda bəzi qurum üzvləri sədr İ.Həsənə qarşı çıxır, keçirdikləri tədbirləri onunla razılaşdırmırlar. Buna misal kimi mayın 10-da Almaniyanın Nomarkt şəhərində Əhməd Dadaşovun və Samir Qasımovun təşkil etdikləri etiraz aksiyasını göstərmək olar. İ.Həsəndən narazı olan AKM üzvləri hesab edirlər ki, sədr saxta vəsiqə və digər sənədlərin alverinə girişərək təşkilatı şəxsi biznes kontoruna çevirib. Buna görə də təşkilat fəalları kəskin formada bir birini saxtakarlıqda, fırıldaqçılıqda, təxribat və pozuculuq fəaliyyətində ittiham edirlər. Son məlumata görə, saxta vəsiqə alverini araşdırmaq üçün xüsusi komissiya da yaradılıb və yekun nəticə hasil olunanadək AKM-də arayış və vəsiqələrin verilməsi dayandırılıb.




 
Bölməyə aid digər xəbərlər
25.06.2019
Azərbaycanlı deputat AŞ PA-nı Ermənistana qarşı sərt addımlar atmağa çağırıb
25.06.2019
İcma sədri Ermənistan XİN rəhbərinə cavab verib
25.06.2019
Ali hərbi rütbələrin təqdimetmə mərasimi keçirilib
25.06.2019
Mühacirlər “ağalarının” sifarişlərini yerinə yetirirlər
25.06.2019
Müdafiə nazirindən tapşırıq: əməliyyat şəraiti ciddi nəzarətdə saxlanılacaq

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Prezidentin Sərəncamı: 160 minə yaxın müəllimin orta aylıq maaşı 605 manat oldu
3 Əli Nağıyev DTX rəisi təyin edildi
4 Heydər Əliyev və bələdiyyələr
5 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info