“Excelsior Hotel Baku” qonaqlarına yeni xidmət təklif edir
Tarix: 24.04.2013 | Saat: 17:16:00 | E-mail | Çapa göndər


Daim öz müştərilərinin rahatlığını düşünən “Excelsior Hotel Baku” oteli qonaqlarına yeni bir xidmət təklif edir. Belə ki, otelində keçirilən tədbirlərə iştirakçıların rahat gəlib-getməsi üçün 17 nəfərlik avtobus alınaraq istifadəyə verilib. Bu barədə “Ataholding”dən məlumat verilib. 24 aprel 2013-cü il tarixindən etibarən “Mercedes” sprinter markalı mikroavtobus səhər saat 08.30-dan 22.00-a qədər qonaqların xidmətində olacaq. Şənbə və bazar günləri də daxil olmaqla mikroavtobus hər gün səhər 08.30-dan başlayaraq hər saatın yarısında “Excelsior Hotel Baku” otelinin qarşısından qonaqları “Park Bulvar”a və ilk turu səhər 09.00-dan başlayaraq hər saatda “Park Bulvar”ın qarşısından “Excelsior Hotel Baku” otelinə aparacaq. Xidmət ödənişsizdir, otelin xidmətlərindən istifadə etmək istəyən qonaqların rahatlığı üçün nəzərdə tutulub. “Excelsior Hotel Baku” otelinə 496 8000 telefon nömrəsinə zəng edərək geniş məlumat almaq mümkündür.
Qeyd edək ki, “Excelsior Hotel Baku” oteli 2005-ci ilin avqust ayından fəaliyyət göstərir. “Excelsior Hotel Baku” mehmanxanası 1 “İmperial” lüks, 2 “Royal” lüks, 4 “Crown” lüks, 45 “Heritage” deluks, 9 “Duke” standard otaqlar, iclas otaqları və biznes mərkəzləri, restoranlar, “Aura” sağlamlıq mərkəzindən və s. ibarətdir.
İLKIN





 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info