Rusiya prezidenti Türkiyəyə qarşı bəzi məhdudiyyətləri aradan qaldırıb
Tarix: 31.05.2017 | Saat: 21:03:00 | E-mail | Çapa göndər


Rusiya Prezidenti Vladimir Putin “Türkiyə Cümhuriyyətinə qarşı bəzi xüsusi iqtisadi tədbirlərin ləğv edilməsi barədə” fərman imzalayıb. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
TASS informasiya agentliyi xəbər verir ki, Putin əsasən Türkiyə kompaniyalarının Rusiya ərazisində fəaliyyəti üzrə məhdudiyyətləri və Türkiyə vətəndaşlarının Rusiya ərazisində işləməsi ilə bağlı qadağanı aradan qaldırıb. Həmçinin 2016-cı il yanvarın 1-dən etibarən dayandırılan Rusiya və Türkiyə vətəndaşlarının vizasız səfərləri barədə sazişin fəaliyyəti də qismən bərpa edilib.
Viza məhdudiyyətinin aradan qaldırılması ilk növbədə Türkiyə Respublikasına məxsus təyyarələrin ekipaj üzvlərinə, həmçinin etibarlı xidməti pasportları olan və Rusiyaya qısamüddətli ezamiyyətə, o cümlədən diplomatik nümayəndəlik və konsulluq müəssisələrinə gələn Türkiyə vətəndaşlarına və onların ailə üzvlərinə şamil olunur.
Rusiya Xarici İşlər Nazirliyinə müəyyən olunmuş qaydada Türkiyə və Rusiya vətəndaşlarının qarşılıqlı səfərləri barədə hər iki ölkənin hökumətləri arasında sazişin “qismən bərpa olunması haqda Türkiyəyə bildiriş” göndərmək tapşırılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10483

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info