Moskvada Leyla Əliyevanın adından iftar süfrəsi təşkil edilib
Tarix: 01.06.2017 | Saat: 00:19:00 | E-mail | Çapa göndər


Moskvadakı Poklonnaya Qorada Rusiya Müftilər Şurası tərəfindən inşa edilmiş “Ramazan çadırı”nda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın adından Azərbaycan Günü təşkil edilib və iftar verilib. İftardan əvvəl Azərbaycan ruhanilərinin nümayəndəsi müqəddəs Qurandan surə və axşam duası oxuyub.
Moskva müftisinin müavini Marat-Həzrət Arslanov müxtəlif millətlərdən olan müsəlmanların toplaşdığı tədbirdə tədbirə gələnlərin salamlayıb və bu iftarın təşkil edilməsinə görə onların adından Heydər Əliyev Fonduna, şəxsən Fondun vitse-prezidenti Leyla Əliyevaya təşəkkürünü bildirib. Onun sözlərinə görə, artıq 12-ci ildir ki, Poklonnlaya Qorada “Ramazan çadırı” açılır və Azərbaycan Respublikası, Heydər Əliyev Fondu hər il bu tədbirdə iştirak edir. O, üzərində Qurandan surələr yazılmış dekorativ narı Müftilər Şurası adından Heydər Əliyev Fondunun nümayəndəsi Ayan Həsənovaya təqdim edib və bu hədiyyəni ən xoş arzularla Leyla Əliyevaya çatdırmağı xahiş edib. Sonra Moskva müsəlmanları oruclarını açaraq Azərbaycan milli xörəklərinin nümunələrini və şirniyyat növlərini dadıblar. İftar mərasimində Azərbaycan haqqında videoçarx nümayiş etdirilib, “Baku” ansamblının və müğənni Samir Salamın ifasında milli musiqi nümunələri səslənib, Azərbaycan barədə ən yaxşı bilik viktorinası keçirilib. Tədbir iştirakçıları Azərbaycanın tarixinə və dövlət rəmzlərinə aid suallara cavab veriblər. Qaliblərə xatirə hədiyyələri təqdim edilib.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur
16.11.2018
“Azərbaycanda hakimlərin sayı azdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info