“Azərbaycanı məyus edəcək hücumçularımız var“
Tarix: 01.06.2017 | Saat: 00:22:00 | E-mail | Çapa göndər


"Konor Uord və Ceymi Vaşinqton Norveçlə oyunu yüksək səviyyədə keçirmişdilər. Azərbaycanla vacib qarşılaşmada onların yoxluğuna çox üzülürəm”. Bu sözləri DÇ-2018-in seçmə mərhələsində millimizin rəqibi olan Şimali İrlandiya yığmasının baş məşqçisi Maykl O`Nil deyib. Bakıda millimizin qonağı olacaq Şimali İrlandiya yığması oyuna ciddi itkilərlə çıxacaq. Komandanın aparıcı üzvləri Konor Vaşinqton, Ceymi Uord və Uill Qriqq zədə səbəbindən yığmaya çağırılmayıblar. Baş məşqçi bu itkilərə baxmayaraq, komandasına güvəndiyini bildirib. O, artıq zədəli hücumçuların əvəzləyicilərini də müəyyənləşdirdiyini qeyd edib: “Kayl Lafferti yaxşı formada deyil. Buna görə də Boys və Maqennisə güvənmək fikrindəyəm. Boys son vaxtlar əla formadadır. Magennisin nəyə qadir olduğunu isə Azərbaycanla Belfastdakı oyunda gördük. Bir neçə yüngül zədə alsa da, uğurlu mövsüm keçirdi. Coş da bizə əlavə güc qata bilər. Digər hücumçumuz Şey Makkartan gənc və təcrübəsiz olsa da, ona da şans verə bilərəm. Bir sözlə Azərbaycanla oyunda rəqibi məyus edəcək, qələbə qollarını vuracaq gücdə hücumçularımız var". Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - Şimali İrlandiya oyunu iyunun 10-u saat 20:00-da başlayacaq.




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
İtaliya A Seriyası : “Milan” səfərdə “Cenoa”nı məğlubiyyətə uğradıb
21.01.2019
İngiltərə Premyer Liqası: “Mançester Siti” meydandan qalib ayrılıb
21.01.2019
Şahmat üzrə Azərbaycan çempionatında beşinci turun oyunları keçirilib
20.01.2019
“Real Madrid“ “Sevilya“nın qapısından iki cavabsız top keçirib
19.01.2019
İngiltərə Premyer Liqası: “Liverpul“ və “Mançester Yunayted“ qələbə qazanıblar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info