Kabildə 90 nəfərin həyatına son qoyan partlayışı “İŞİD” törədib
Tarix: 01.06.2017 | Saat: 00:47:00 | E-mail | Çapa göndər


Əfqanıstanın paytaxtı Kabildə diplomatik korpusun yerləşdiyi məhəllədə törədilmiş partlayışın məsuliyyətini “İŞİD” terror qruplaşması üzərinə götürüb. Bu barədə “Al-Mayadin” telekanalı məlumat yayıb. NATO-nun bu ölkədəki missiyası bəyan edib ki, minalanmış avtomobil bir sıra ölkələrin diplomatik missiyalarının yerləşdiyi “yaşıl zonanın” girişində partladılıb. “Əfqanıstan güc strukturları təmsilçilərinin sayıqlığı və igidliyi sayəsində minalanmış nəqliyyat vasitəsi “yaşıl zonaya” girə bilməyib”, - missiyanın TOLOnews telekanalında yayımlanan bəyanatında belə deyilir. Xatırladaq ki, partlayış yerli vaxtla 08:30-da (Bakı vaxtı ilə 08:00) Kabilin Vəzir Əkbər Xan məhəlləsində Almaniya, Yaponiya, İran, Hindistan, habelə digər xarici ölkə səfirliklərinin yaxınlığında törədilib. Polisin ilkin versiyasına əsasən, ərazidə minalanmış avtosistern partladılıb. Hadisə yerində 15 metr dərinliyi olan çuxur yaranıb. Son məlumata görə, partlayış nəticəsində 90 nəfər həlak olub, 380 nəfər yaralanıb. Yaralıların bir çoxu ağır vəziyyətdə olduğundan ölənlərin sayının artacağı istisna edilmir. Partlayışdan zərər çəkənlər arasında səfirlik işçilərinin və KİV nümayəndələrinin də olduğuna dair xəbərlər yayılıb. Belə ki, BBC teleradio korporasiyasının və Əfqanıstanın Tolo TV kanalının əməkdaşlarının həlak olduqları, İran səfirinin, Yaponiya səfirliyinin iki əməkdaşının, Misir səfirliyinin gözətçisinin, AFR səfirliyinin xidmətçilərinin və jurnalistlərin yaralandıqları bildirilir.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident baş verib
20.09.2018
“ABŞ-ın tarixində “ən böyük səhv” Yaxın Şərqə qoşun yeritməkdir”
20.09.2018
Merkel və Putin arasında telefon danışığı olub
20.09.2018
ABŞ-ın ən böyük tarixi səhvi Corc Buşun Yaxın Şərqə qoşun yeritməsi olub
20.09.2018
Macarıstan ilə Ukrayna arasında diplomatik qalmaqal

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info