Makronun islahatları Fransada işsizlərin sayını artıracaq
Tarix: 01.06.2017 | Saat: 00:50:00 | E-mail | Çapa göndər


“Reuters”: “Həmkarlar ittifaqlarının rəhbərləri ölkə başçısından yeni islahatlara start verməməyi xahiş ediblər”

Fransa prezidenti Emmanuel Macron ölkənin əmək qanunlarında yeni dəyişiklər etməyi planlaşdırır. Yelisey sarayının yeni sahibi əmək bazarının liberallaşdırılması və işçilərin sosial müdafiəsinin azaltmaq hesabına Fransa iqtisadiyyatının inkişafına təkan vermək niyyətindədir. Maraqlıdır ki, bu sahə üzrə ekspertlər yeni prezidentin belə bir addımını yalnız biznes nümayəndələrinə fayda verəcək addım kimi dəyərləndirirlər. Ekspertlər hesab edir ki, Makron tərəfindən belə bir addımın atılması, onun nüfuzuna xələl gətirə, qarşıdan gələn parlament seçkilərində onun partiyasına problemlər yarada bilər. Bu qərar Fransada kütləvi etirazlara da səbəb ola bilər. Prezident Makron və əmək naziri Myuriel Peniko bu məsələ ilə bağlı artıq ölkənin həmkarlar ittifaqları və biznes nümayəndələri ilə bir sıra görüşlər keçirib. Lakin bu görüşlərdə heç bir müsbət nəticə əldə edilməyib. “Reuters”in məlumatına görə, hətta ölkədəki mülayim mövqeli həmkarlar ittifaqlarının rəhbərləri belə, ölkə başçısından tezliklə yeni islahatlara start verməməyi xahiş ediblər. “Bloomberg”in məlumatına görə hələlik tam hazir olmayan yeni islahat paketi iyun ayının axırlarında ictimaiyyətə təqdim edilə bilər. Rəsmi məlumatlara görə 2016-cı ildə Fransada ÜDM-in orta artım tempi 1,1 faiz təşkil edib ki, bu da qonşu Almaniya ilə müqayisədə az göstəricidir. Belə ki, bu göstərici Almaniyada 1.8 faiz olub. Bununla yanaşı, ölkədəki işsizlik həddi acınacaqlı vəziyyətdədir. Rəsmi məlumata görə, Fransada bu ilin mart ayında işsizlik 10.1 faiz təşkil edib. Bu da Avropa İttifaqının ortalamasından da çoxdur. “Financial Times” nəşrinin məlumatına görə, Makron prezident seçildikdən bir gün sonra, biznes icmasının liderləri ona, əmək qanunvericiliyində islahatlar aparması ilə bağlı çağırış ediblər. Makronun nəzərdə tutduğu islahatlara münasibət birmənalı deyil. Məslən, Qloballaşma və Sosial hərəkat İnstitutunun direktoru Boris Kaqarliski bu islahatları xərclərini azaltmaq istəyən işəgötürənlərin ehtiyaclarını əks etdirən layihə kimi xarakterizə edib. O, bu islahatlarının hər hansı bir müsbət nəticəyə gətirib çıxara biləcəyini şübhə altına alır. Ekspertlər hesab edir ki, işsizliyi artıracaq islahatlar kütləvi etirazlara səbəb olacaq.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info