Avropa ölkələri ABŞ-ın tələbi ilə hərbi xərcləri artıracaqlarmı?
Tarix: 01.06.2017 | Saat: 00:57:00 | E-mail | Çapa göndər


Avropalı ekspertlər Trampın NATO ölkələrinin hərbi xərci ən azı ÜDM-in 2 faizinə çatdırmaq tələbi ilə razı deyillər

Rusiya prezidenti Vladimir Putin NATO-nun Moskva ilə münasibətləri yaxşılaşdırmaq niyyətində olması barədə bəyanatı fonunda alyansın hərbi xərcləri artırmaq planını ziddiyyətli adlandırıb. Bunu V. Putin “Le Figaro” nəşrinə müsahibəsində bildirib. “NATO-nun sammitində alyansın Rusiya ilə münasibətləri bərpa etmək niyyətində olması barədə bəyanatlar verildi.

Alyans üzvləri ötən il müdafiə sahəsinə 265 milyard dollar xərcləyib

Belədirsə, onda hərbi xərclər niyə artırılır? Kimə qarşı müharibə elan etməyə hazırlaşırlar? Burada bəzi daxili təzadlar var. Lakin bu alyansın öz daxili işidir. NATO özü qoy ayırd etsin, kim, nəyə görə və nə qədər ödəniş etməlidir. Bu bizi o qədər də narahat etmir. Biz öz müdafiə qabiliyyətimizi möhkəmləndiririk – və bunu gələcək perspektivə əsaslanaraq davamlı edirik. Biz özümüzə güvənirik” - deyə dövlət başçısı qeyd edib. Qeyd edək ki, NATO-nun hərbi xərcləri ilə bağlı məsələ Avropa mətbuatının da gündəmindədir. Avropalı ekspertlər ABŞ dövlət başçısı Trampın NATO ölkələrinin xərcləri artırmaq, ən azı ÜDM-in 2 faizinə çatdırmaq tələbi ilə razı deyil. Ekspertlər bildirirlər ki, alyans üzvləri ötən il müdafiə sahəsinə 265 milyard dollar xərcləyiblər. Onlar hesab edir ki, Rusiya keçmiş SSRİ kimi gücə malik olmadığı üçün müdafiə xərclərini bu qədər artırmağa ehtiyac yoxdur. Ona görə də NATO-ya üzv olan Avropa ölkələri ABŞ-ın tələbinə baxmayaraq hərbi xərcləri artırmaq niyyətində deyillər. Onu da qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Qərbdəki seçki kampaniyalarına rusiyalı hakerlərin mümkün müdaxiləsinə dair suala cavabında Rusiyanın “bu cür işlərlə” məşğul olmadığını bildirib. “Belə deyirlər. Kim deyir, nəyin əsasında deyilir? Guya rusiyalı hakerlər edir. Bəlkə də heç rusiyalı hakerlər deyil. ABŞ prezidenti, fikrimcə, çox doğru dedi ki, bəlkə bu başqa ölkədən edilir, bəlkə kimsə çarpayıda uzanaraq nə isə fikirləşib, ya da kimsə haradasa bilərəkdən hansısa rusiyalı şəxsin adını sitemə daxil edib. Nə istəsəniz ola bilər. Çünki virtual aləmdə istənilən qarmaqarışıq etmək mümkündür. Rusiya bununla heç vaxt məşğul olmayıb, bizə bu heç gərək də deyil, bunu etməyin heç bir mənası yoxdur. Mənası nədir?”. Putin müsahibəsində Suriya ilə baglı məsələyə də toxunub. O, Bəşər Əsədə tabe qüvvələrin İdlibdə kimyəvi silahdan istifadə etməsinə dair heç bir sübutun olmadığını bildirib. “Bizim məlumatımıza görə, Əsədin kimyəvi silahdan istifadə etməsinə dair heç bir sübut yoxdur. Biz əminik ki, o bunu etməyib. Suriya ordusunun kimyəvi silahdan istifadəsinə dair sübutsuz diskussiyalar dünya ictimaiyyətini sanksiyalar yolu ilə Əsədə təzyiqin davam etdirilməsinə zərurətin olmasına inandırmaq vasitəsidir” - deyə Putin qeyd edib.
Anar




 
Bölməyə aid digər xəbərlər
20.04.2019
Ukraynada prezident seçkilərinin ikinci turu ilə bağlı sükut günüdür
18.04.2019
Ermənistanda 24 yaşlı əsgər özünü güllələyib
18.04.2019
Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
18.04.2019
Özbəkistanın Riştan rayon rəhbərliyi İsmayıllı rayonuna səfər edəcək
17.04.2019
Lavrov: Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı razılaşmalar kağız üzərində qalmamalıdır

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10752

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info