“TANAP layihəsi üzrə işlərin 73 faizi tamamlanıb”
Tarix: 01.06.2017 | Saat: 01:08:00 | E-mail | Çapa göndər


“Azərbaycan təbii qazının Türkiyəyə və bu ölkədən də Avropaya nəqlini nəzərdə tutan Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsi üzrə işlərin 73 faizi tamamlanıb”. Bu sözləri “SOCAR Turkey Enerji A.Ş.”-nin (STEAŞ) baş direktoru Zaur Qəhrəmanov deyib.
O qeyd edib ki, layihədə işlər qrafik üzrə gedir. Gələn ilin yanvar ayında boru kəmərinə təbii qazın vurulması sınaqlarına başlanılacaq. Həmin vaxt boru kəmərinin tikintisi yekunlaşacaq və qazla yoxlanılacaq. “SOCAR Turkey Enerji A.Ş.” bu ilin sonunadək TANAP layihəsinin səhmdarlarından biri olacaq.Qeyd edək ki, Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə və bu ölkədən Avropaya nəql edəcək TANAP “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan layihədir. TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə “Trans-Adriatik” (TAP) qaz boru kəmərinə birləşəcək. Uzunluğu 1810 kilometr olan TANAP-ınƏskişəhərə qədər olan hissəsinin 2018-ci ilin ortalarında istismara verilməsi nəzərdə tutulur. Boru kəmərinə tələb olunan kapital xərcləri 8,5 milyard ABŞ dollarıdır. Layihə üzrə Azərbaycan şirkətlərinin xərclərinin 2020-ci ilədək ümumilikdə 6,2 milyard dollar olacağı nəzərdə tutulur. Zaur Qəhrəmanov onu da qeyd edib ki, SOCAR-ın 5,7 milyard dollar kapitalla Türkiyədə tikintisini həyata keçirdiyi “Star” neft emalı zavodunda layihə işlərinin təxminən 90 faizi görülüb.Lyihə üzrə işlər qrafikə uyğun aparılır. Artıq iyul ayından etibarən avadanlıqlar üzrə sınaqlara başlanılacaq. Zavodda istehsal olunan məhsulların isə gələn ilin sentyabr ayında satışları həyata keçiriləcək.Xatırladaq ki, “Star” zavodunun təməli 2011-ci il oktyabrın 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulub. SOCAR 2008-ci ilin mayından etibarən Türkiyədəki fəaliyyətini STEAŞ adı ilə davam etdirir. Zaur Qəhrəmanov deyib ki, “Petkim” neft-kimya holdinqinin İzmirin Əliağa rayonunda inşa etdiyi külək elektrik stansiyası bu ilin sentyabr ayından etibarən tam gücü ilə işləyəcək: “Layihə üzrə 51 meqavat gücü və 17 turbindən ibarət olan külək elektrik stansiyasında 14 turbin artıq quraşdırılıb. Həmin turbinlər sınaqdan keçirilib və işə başlayıb. Qalan 3 turbinin quraşdırılması isə yay aylarında bitəcək. Külək elektrik stansiyası sentyabrdan etibarən tam gücü ilə işləyəcək”, - deyə Z.Qəhrəmanov əlavə edib.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq
17.09.2018
“Dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info