“Gələn ildən icbari tibbi sığorta ilə bağlı bütün ölkədə pilot layihənin həyata keçirilməsi gözlənilir”
Tarix: 01.06.2017 | Saat: 16:14:00 | E-mail | Çapa göndər


“Son illər səhiyyə sahəsində maddi-texniki baza və kadrların hazırlanması istiqamətində uğurlu addımlar atılıb”. Bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev AŞPA-nın Bakıda keçirilən Sosial məsələlər, sağlamlıq və dayanıqlı inkişaf komitəsinin iclasında çıxışı zamanı deyib. O bildirib ki,  son 10 ildə 600-dən artıq tibb müəssisəsi yenidən qurulub, əsaslı təmir olunub: “Bu gün Azərbaycan səhiyyəsi keçid dövründədir. Bu ildən başlayaraq sığorta təbabəti sisteminə keçmişik. Bu il 2 regionda icbari tibbi sığorta ilə bağlı pilot layihə həyata keçirməyə başlamışıq. 2018-ci ildən bu pilot layihənin bütün ölkədə həyata keçirilməsi gözlənilir. Səhiyyədən bütün əhalinin razı qaldığı ölkə tanımıram. Ən inkişaf etmiş ölkədə də səhiyyədə problem var. Biz çalışırıq ki, səhiyyə sistemini  təkmilləşdirək, maddi-texniki bazanı yaxşılaşdıraq”.
Nazir müavini bildirib ki, ölkədə səhiyyə sahəsində 12 əlavə dövlət proqramı qəbul edilib. E. Ağayev Azərbaycanda son illər ana və uşaq ölümünün azaldılması istiqamətində ciddi nailiyyətlər əldə olunduğunu da vurğulayıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
05.04.2020
Ombudsmanın koronavirusun yayılması ilə əlaqədar miqrantların hüquqlarının müdafiəsi məqsədilə həyata keçirdiyi fəaliyyətə dair məlumat
05.04.2020
Ailə TV karantinlə bağlı əhaliyə növbəti güzəştlər edib
05.04.2020
Biz sizin üçün xidmət edirik, Siz də bizim üçün evdə qalın -VİDEO
05.04.2020
Azərbaycanda koronavirusun yayılmasına qarşı əlavə tədbirlər haqqında qərar qüvvəyə minib
04.04.2020
Baş nazir Tədbirlər Planını təsdiqlədi

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11496

1 İtalyan mətbəxindən “Osso Bucco“-VİDEO
2 Türkiyədə azan vaxtı çəkilən bu video heyrətə gətirdi-VİDEO
3 “300 minə yaxın işçinin əməkhaqqısının 50 faizə qədərinin dövlət tərəfindən dəstəklənməsi nəzərdə tutulur”
4 “Dövlət tərəfindən iqtisadiyyatın sabitləşməsi üçün bütün lazımi addımlar atılır”
5 İtaliyada koronavirusdan 5 nəfər ölüb, qalanları isə...


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info