Körpələr dünyanın ən məsum və günahsız bəndələridir
Tarix: 01.06.2017 | Saat: 16:43:00 | E-mail | Çapa göndər


Güllü beşiyində şirin-şirin yuxuya gedən süd qoxulu körpə bəlkə də dünyanın ən məsum və ən günahsız bəndəsidir. Onun bir qığıltısına, şirin təbəssümünə dünyanın bütün naz-nemətini qurban verməyə dəyər.
Körpə təbəssümü ən qaranlıq otağa, ən zülmət daxmaya da işıq və hərarət gətirir. Uşaq hər bir evin, ailənin bəzəyi, sevinc və səadət mənbəyidir. Dünyanın ən bahalı daş-qaşı, ən qiymətli sərvəti də bir körpənin göz yaşı önündə duruş gətirə bilməz.
"Uşaqlı ev bazar, uşaqsız ev məzardır," - deyiblər. Yaxşı nə varsa, hamısı onların üzünədir. Məşhur fransız yazıçısı Viktor Hüqo əbəs yerə demirdi: “Dünyada körpə qığıltısından böyük himn yoxdur”.
Körpə təmizliyinə, uşaq müqəddəsliyinə söz çatmaz...
... Böyük Vətən müharibəsi illərində faşist zabiti əsir tutulmuş uşaqlara əmr edir ki, sıraya düzülsünlər, heç kəs sıranı pozmadan və hamı eyni qaydada üzüqoylu torpağa uzansın. Bir neçə saniyədən sonra avtomat daraqları körpə kürəkləri deşik-deşik edəcək. Birdən zabit görür ki, lap ayağının ucunda uzanmış uşaq onun şinelinin ətəyini dartışdırıb deyir:
-Əmi, bax gör, mən düz uzanmışam?
Uşaq təmizliyinə ölümsaçan güllələrin gücü çatmaz.
Tez-tez “Uşaqlar bizim gələcəyimizdir” söyləyir, bağrımıza basıb “şirinim, şəkərim, noğulum” deyirik. Amma onlar üçün nə edə bilirik? Məsələn, onlar üçün olan uşaq-idman meydançalarının yerində hündürmərtəbəli evlər, marketlər tikilməsinin qarşısını ala bilirikmi? Vaxtında sağlamlıqlarının qayğısına qalır, həkim müayinəsinə aparır, peyvənd etdiririkmi?
Övlad qayğısına qalmaq təkcə onları təmiz və səliqəli geyindirmək, parka və bulvara gəzintiyə aparmaq, istədiyini almaq deyil. Təəssüf ki, valideynlərin çoxu uşaqların istəkləri qarşısında yumşalır, onlara paketdə satılan süni qidalar, ayaqüstü hazırlanan dönər, hamburger kimi yeməklər alır və bununla övladını məmnun etdiyi üçün özünü xoşbəxt hesab edir. Əslində isə həmin qidalarla uşağın gələcəyini təhlükə altına atır, gələcəkdə onun şəkərli diabet, piylənmə və sonsuzluq kimi problemlərin girdabına itələyir...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür - sabahımız, gələcəyimiz dediyimiz uşaqların bayramıdır. Nazim Hikmət demiş, gəlin dünyanı uşaqlara verək - heç olmasa bir günlüyə, bir neçə saatlığa...
Əgər dünyanı verə bilmiriksə, onda ürəyimizi verməyə nə söz?
Mahmud




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info