Bakı Avropa Liseyinin şagirdləri “Əlifba bayramı“ keçiriblər
Tarix: 01.06.2017 | Saat: 17:45:00 | E-mail | Çapa göndər


İyunun 1-də A. Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında Bakı Avropa Liseyinin 1a 3-cü sinfinin şagirdləri "Əlifbanı başa vurduq" adlı bayram proqramı təqdim ediblər. Uşaqlar bayrama ciddi və məsuliyyətlə hazırlaşmışdılar, axı onlar təkcə müəllimlərin deyil, həm də valideynlərinin və bayrama gələn qonaqların qarşısında çıxış etməli idilər.  
Uşaqlar qonaqlara "Biliklər kitabı" adlı tamaşa təqdim ediblər. Onlar tamaşada müxtəlif nağıl qəhrəmanlarının rollarında çıxış ediblər və tamaşaçılara biliklərin və mütaliənin faydasından danışıblar. "Şən rəqəmlər" səhnəsində uşaqlar tamaşaçılarla birgə əyləncəli oyun oynayıblar. 
Birinci siniflərin həyatı haqqında videoçarın nümayişi xoş bir sürpriz oldu. "Əlifba bayramı" uşaqların həyatında çox böyük hadisədir, axı onlar, nəhayət ki, həyat yolunun mühüm sədlərindən  birini aşdılar - oxumağı öyrəndilər.  
Bayram tədbirinin sonunda bütün iştirakçılara tədris ilinin başa çatması haqqında sertifikatlar təqdim edilib, təhsildə yeni uğurlar arzu edilib. Valideynlər isə uşaqlarına şirin hədiyyələr hazırlamışdılar. 




 
Bölməyə aid digər xəbərlər
05.04.2020
Ombudsmanın koronavirusun yayılması ilə əlaqədar miqrantların hüquqlarının müdafiəsi məqsədilə həyata keçirdiyi fəaliyyətə dair məlumat
05.04.2020
Ailə TV karantinlə bağlı əhaliyə növbəti güzəştlər edib
05.04.2020
Biz sizin üçün xidmət edirik, Siz də bizim üçün evdə qalın -VİDEO
05.04.2020
Azərbaycanda koronavirusun yayılmasına qarşı əlavə tədbirlər haqqında qərar qüvvəyə minib
04.04.2020
Baş nazir Tədbirlər Planını təsdiqlədi

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11496

1 İtalyan mətbəxindən “Osso Bucco“-VİDEO
2 Türkiyədə azan vaxtı çəkilən bu video heyrətə gətirdi-VİDEO
3 “300 minə yaxın işçinin əməkhaqqısının 50 faizə qədərinin dövlət tərəfindən dəstəklənməsi nəzərdə tutulur”
4 “Dövlət tərəfindən iqtisadiyyatın sabitləşməsi üçün bütün lazımi addımlar atılır”
5 İtaliyada koronavirusdan 5 nəfər ölüb, qalanları isə...


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info