Bakıda “Caspian Oil & Gas“ konfransı keçirilir
Tarix: 01.06.2017 | Saat: 19:34:00 | E-mail | Çapa göndər


Bakıda 24-cü Beynəlxalq Xəzər Neft-Qaz ("Caspian Oil & Gas") konfransı öz işinə başlayıb. Konfransı "ITE Group" şirkətinin baş meneceri Endryu Vud açaraq tədbir iştirakçılarını salamlayıb. O, "Caspian Oil & Gas" beynəlxalq konfransının 24-cü dəfə Bakıda keçirilməsini gözəl ənənə kimi dəyərləndirib. Təbdir iştirakçıları arasında bir sıra ölkələrin yüksək rütbəli şəxslərinin, dünyanın iri neft-qaz şirkətlərinin rəhbərlərinin olduğuna işarə edən E.Vud qeyd edib ki, bu, konfransa marağın ilbəil artmasının göstəricisidir. "Neft-qaz sektoru bütün dünya, o cümlədən region ölkələri üçün olduqca əhəmiyyətlidir", - deyə o bildirib.
Daha sonra çıxış edən Azərbaycanın energetika naziri Natiq Əliyev bildirib ki, Azərbaycan 24 ildir BP, "Statoil", "McDermott" və s. beynəlxalq tərəfdaşlarla əməkdaşlıq edir: "Biz bu şirkətlərlə sıx əməkdaşlıq edirik və onlarla birgə müxtəlif layihələr həyata keçiririk. Bu əməkdaşlıq nəticəsində "Azəri-Çıraq-Günəşli", "Şahdəniz" kimi zəngin neft-qaz yataqlarının işlənilməsinə başlanılıb. Azərbaycan Avropanın enerji sabitliyinə nail olunması üçün mühüm töhfələr verir. Qeyd etdiyim layihələr hazırda Avropa üçün ən mühüm və prioritet layihələrə çevrilib".
Avropa Komissiyasının vitse-prezidenti Maroş Şevçoviç isə bildirib ki, Azərbaycan qaz təchizatı baxımından Avropanın əsas tərəfdaşlarındadır: "Biz əminik ki, 2020-ci ildə Azərbaycan qazı Avropaya nəql ediləcək. Bu, bizim hədəflərimizə uyğundur".
Konfrans digər iştirakçıların çıxışları ilə davam edir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
23.03.2019
Naxçıvanlı məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Bakıya gəliblər
22.03.2019
İtaliyanın “Agenzia Nova” saytı Novruz bayramının adət-ənənələrindən yazır
20.03.2019
Bayramın ikinci günündə hava əsasən yağmursuz keçəcək
20.03.2019
Kiyevdə keçirilən Novruz şənliyində Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub
20.03.2019
Vaşinqtondakı Azərbaycan məktəbində Novruz bayramı qeyd olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info