Siyavuş Novruzov: “Trampın məktublarını ABŞ-Azərbaycan münasibətlərinin yeni mərhələsi kimi qiymətləndirirəm”
Tarix: 01.06.2017 | Saat: 19:39:00 | E-mail | Çapa göndər


“ABŞ prezidentinin Azərbaycan prezidentinə göndərdiyi məktubları ABŞ-Azərbaycan münasibətlərinin yeni mərhələsi kimi qiymətləndirirəm”.
 
Bunu  ABŞ prezidenti Donald Trampın 28 May - Respublika Günü və XXIV Beynəlxalq “Xəzər Neft və Qaz-2017” sərgi və konfransı ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktublarına münasibət bildirən Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.
 
S. Novruzov bildirib ki, Heydər Əliyevin təməlini qoyduğu müstəqil xarici siyasət kursu uğurla davam etdirilir: “Azərbaycan beynəlxalq təşkilatlarla, ayrı-ayrı dövlətlərlə bərabərhüquqlu şəkildə öz münasibətlərini qurur. Əfsuslar olsun ki, bəzi hallarda bəzi dövlətlər elə hesab edir ki, hər hansı ölkə onun dediyi ilə oturub-durmalıdır. Azərbaycan prezidentinin apardığı siyasətin əsas mahiyyəti Azərbaycan xalqının maraqlarıdır. Məhz bu baxımdan ABŞ prezidentinin Azərbaycan prezidentinə göndərdiyi məktubları da ABŞ-Azərbaycan münasibətlərinin yeni mərhələsi kimi qiymətləndirirəm. Azərbaycan həmişə ABŞ-ın siyasətində dost ölkə kimi xüsusi rol oynayıb. Azərbaycan antiterror əməliyyatlarında fəal iştirak edib, Əfqanıstanda sülhyaratma missiyası ilə əlaqədar yüklərin daşınması üçün hava məkanını ABŞ-a açıq elan edib, Azərbaycan hərbçiləri İraqda və Kosovoda amerikalı hərbçilərlə sülhyaratma missiyasında iştirak edib. Bütün bunlar göstərir ki, Azərbaycan verdiyi vədlərə və xarici siyasət kursuna sadiqdir”.
 
YAP icra katibinin müavini qeyd edib ki, Azərbaycan həm də Avropanın enerji təhlükəsizliyində xüsusi rol oynayır: “ABŞ şirkətləri də Azərbaycanda neft layihələrində aktiv iştirak edir. Son bir dövrü çıxmaq şərtilə, həm Corc Buşun, həm Bill Klintonun, həm də öncəki prezidentlərin dövründə Azərbaycan-ABŞ münasibətləri yüksək səviyyədə olub. Arada bəzi məsələlər olurdu, bu da “Human Rights Watch”, “Sərhədsiz Reportyorlar” kimi bir sıra QHT-lərin fəaliyyətindən qaynaqlanırdı. Həmin QHT-lər saxta məqsədləri naminə müxtəlif addımlar atır, erməni lobbisindən maliyyə alır, idarə heyətlərinin üzvləri ermənilərdən ibarətdir. Onlar ABŞ-Azərbaycan münasibətlərində ziyanverici addımlar atmağa çalışıblar. Yaxud Azərbaycanda işləmiş, çalışmış, sonra ABŞ-a qaçıb orada yaşayan, yaxud Azərbaycanda işləmiş bəzi ABŞ səfirləri də münasibətlərə ziyan vurmağa cəhdlər göstəriblər. Məsələn, ABŞ-ın Azərbaycanda səfiri olmuş Riçard Kozlariç ölkəmizdə güzəştli şəkildə neft biznesi ilə məşğul olmaq istəyib, buna nail olmadığı üçün bu gün beş-on QHT-ni toplayaraq Konqresdə, Senatda bir neçə konqresmen köməkçisi vasitəsilə Azərbaycan əleyhinə dinləmələr keçirir. Bunu da ABŞ-ın adına yazır. Eyni zamanda Azərbaycanda müəyyən müxalifət partiyalarının nümayəndələri, erməni lobbisinə xidmət edən insanlar Riçard Kozlariç adından çox istifadə edirlər. Fakt isə göstərir ki, ABŞ-Azərbaycan münasibətləri yüksələn xətlə istifadə edir və Azərbaycan müstəqil siyasətini davam etdirir”.
 
S. Novruzov qeyd edib ki, ABŞ prezidentinin məktubunda Azərbaycanın bölgədə enerji təhlükəsizliyində oynadığı rol yüksək qiymətləndirilib, ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həllinə sadiqliyi qeyd edilib: “Azərbaycan hər bir dövlətlə necə bərabərhüquqlu münasibət qurubsa, bundan sonra da münasibətlər bu cür olmalıdır. Prezident İlham Əliyev Heydər Əliyev tərəfindən təməli qoyulmuş bu siyasəti çox uğurla həyata keçirir”.
 
 
Fuad




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info