Bakı İdarəetmə və Texnologiya Kollecində növbəti iclas keçirilib 
Tarix: 01.06.2017 | Saat: 20:06:00 | E-mail | Çapa göndər


Bakı İdarəetmə və Texnologiya Kollecində (BİTKol) Pedaqoji Şuranın iş planına uyğun olaraq növbəti genişləndirilmiş iclası keçirilib. İclası açıq elan edən kollecin tədris işləri üzrə direktor müavini Nofəl Nəbiyev gündəliyə çıxarılan məsələləri elan edib. 

İclasın gündəliyi təsdiq edildikdən sonra Kollecin "İqtisadiyyat” Şöbəsinin müdiri Xəlil Bağırov 2016/2017-ci tədris ilinin yaz imtahan sessiyasına hazırlığa dair hesabat məruzəsi ilə çıxış edib. Bildirib ki, rəhbərlik etdiyi şöbədə 6 ixtisas üzrə kadr hazırlığı aparılır və tədris ilinin əvvəlində bu şöbədə 347 tələbə təhsil alıb. O, cari ildən şöbədəki "Bank işi” və "Maliyyə işi” ixtisaslarının bağlanacağını diqqətə çatdırıb. Bildirib ki, il ərzində şöbəyə müxtəlif ixtisaslar üzrə 15 nəfər tələbə bərpa olunub. Həmin tələbələrdən 3 nəfər ötən ildən təhsil haqqını ödəmədiyinə görə "Dövlət Attestasiya” imtahanına buraxılmayanlardır. X.Bağırov 17 tələbənin xaric olunduğunu da vurğulayıb. Şöbə müdiri bildirib ki, təhsil haqqını ödəməyən tələbələr imtahana buraxılmayacaqlar. O, şöbə üzrə yaz imtahanlarının sayının 104 olduğunu söyləyib. Qeyd edib ki, şöbə üzrə müxtəlif fənlərdən fakultetik məşğələlər təşkil olunub, imtahan cədvəli tərtib edilib və təsdiqlənərək elanlar lövhəsindən asılıb. 

"Şəbəkə və sistemlər” Şöbəsinin müdiri Səadət Şahbazova rəhbərlik etdiyi şöbədə "İnformasiyanın işlənməsinin və idarəedilməsinin avtomatlaşdırılmış sistemləri”, "Kompyuter şəbəkələri”, "İnformatika müəllimliyi” ixtisasları üzrə kadr hazırlığı aparılır. O, hazırda şöbədə tələbə sayının 379 olduğunu qeyd edib. Kurslar üzrə ayrı-ayrılıqda məlumat verən S.Şahbazova bildirib ki, ümumilikdə şöbədə 100 imtahan keçiriləcək. Şöbə müdirinin sözlərinə görə, imtahan cədvəlləri may ayının əvvəlindən hazırlanaraq təsdiqlənib, bütün imtahan və kod vərəqələri də tərtib edilərək imtahan komissiyası şöbəsinə təhvil verilib.  

İclasda Baş mühasib Elçin Ağayevin "Kollec üzrə təhsil haqlarının ödənməsinin vəziyyəti”, Tədris istehsalat işləri üzrə direktor müavini Şakir Mikayılovun "Dövlət imtahanqabağı təcrübələrin yekunları” adlı hesabat məruzələri və Təlim-tərbiyə işləri üzrə direktor müavini Xalid Məcidovunçıxışı da dinlənilib.

Tədris işləri üzrə direktor müavini Nofəl Nəbiyev Kollecdə yaz imtahan sessiyasının təşkili və keçirilməsi barədə hesabat verib. Bildirib ki, Təhsil haqqında qanuna uyğun olaraq, orta ixtisas təhsili müəssisələrində ayrı-ayrı əsas fənlərin tədrisi və orta ixtisas peşə təhsili proqramları başa çatarkən həmin fənlər üzrə Dövlət Attestasiyasının keçirilməsi məcburidir. O, qeyd edib ki, kollecdə 18 ixtisas üzrə 52 tədris qruplarında 53 Yekun Dövlət Attestasiya imtahanları keçiriləcək. Direktor müavini deyib ki, dövlət imtahanlarına hazırlıq prosesində nəzərdə tutulan imtahan sualları vaxtında tələbələrə çatdırılıb, biletlər tərtib və təsdiq olunub, xüsusi zərflərə qoyulub, möhürlənib və İdarəetmə Şöbəsində saxlanılıb. N.Nəbiyev komissiya sədrlərinin təyin olunması üçün müxtəlif müəssisələrə məktubla müraciət edildiyini, hər bir ixtisas üzrə razılıq məktubları alındığını, Təhsil Nazirliyinə sədrlərin təyin olunması barədə məktub göndərildiyini vurğulayıb. 

İclasın sonunda Bakı İdarəetmə və Texnologiya Kollecinin direktoru Varis Allahverdiyev çıxış edərək, yay imtahan sessiyasına hazırlıq, görülən və görüləcək işlər, müəllimlərin attestasiyası barədə danışıb. Qeyd edib ki, qış imtahan sessiyasında olduğu kimi, yay imtahan sessiyası da tam şəffaf və obyektiv şəkildə keçirilməlidir. Direktor qeyd edib ki, bunun üçün kollecdə bütün hazırlıqlar görülüb. O, imtahan prosesinə hər hansı fomada müdaxilə edəcək müəllimlər barəsində qanun çərçivəsində ölçü götürüləcəyini diqqətə çatdırılıb. V.Allahverdiyev deyib ki, müəllimlərin kollec daxili attestasiyasının nəticələri açıqlanandan sonra kollektiv arasında ciddi seyrəlmə müşahidə olunacaq. Onun sözlərinə görə, attestasiyada keçid üçün müvafiq nəticə göstərməyən, daha doğrusu, zəif nəticə göstərən müəllimlər dərs yükü ilə təmin edilməyəcək, yarımştat kimi işə qəbul olunmayacaq, əməkhaqlarına əlavələr edilməyəcək. Lakin attestasiyanın nəticəsinə uyğun olaraq yaxşı nəticə göstərən hər bir müəllim dərs yükünü də, əməkhaqqına qanunla nəzərdə tutulmuş əlavəni də ala biləcək. Direktor bildirib ki, həyata keçirilən bütün bu tədbirlər kollecdəki tələbələrin daha keyfiyyətli təhsil alması, onların öz ixtisasları üzrə peşəkar mütəxəssis kimi yetişdirilməsi məqsədi daşıyır.

Yığıncaqda müəllimləri maraqlandıran suallar kollecin direktoru V.Allahverdiyev tərəfindən ətraflı cavablandırılıb, müvafiq göstərişlər verilib.

Fuad




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
“Bakcell” və “Hesab.az” avtomatik ödəniş funksiyasını təqdim edib
18.01.2019
“ASAN xidmət” müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevrilir
18.01.2019
20 yanvar günü bu küçələrdə hərəkət tam məhdudlaşdırılacaq
18.01.2019
Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi
18.01.2019
İsveçrədə 20 Yanvar faciəsinə həsr olunmuş poçt markası buraxılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info