Voleybolçularımız Ukrayna yığmasına qalib gəlib
Tarix: 01.06.2017 | Saat: 22:27:00 | E-mail | Çapa göndər


Azərbaycanın qadın voleybolçuları dünya çempionatının seçmə mərhələsinin qrup oyunları çərçivəsində növbəti görüşü də qələbə ilə başa vurublar. Bakı İdman Sarayında keçirilən oyunda milli komandamız Ukrayna yığması ilə qarşılaşıb. Faiq Qarayevin yetirmələri qarşılaşmada hər üç setdə qələbə qazanıblar - 25:17, 25:17, 25:21. Komandamız növbəti oyunda Danimarka yığması ilə qarşılaşacaq. Azərbaycan millisinin voleybolçusu Kristina Yaqubova oyundan sonra bunları deyib: “Arzuladığımız nəticəni qazandıq. Bu oyuna çox yaxşı hazırlaşmışdıq”. O bildirib ki, əsas rəqiblərindən birini sıradan çıxarsalar da, Hollandiya ilə matç da gərgin keçəcək: “Bilirdik ki, çətin rəqiblə oynayacağıq. Oyunumuzu lazımınca göstərə bildik. Hollandiya ilə görüşə qədər 2 qarşılaşmamız var. Ancaq əsas matçımız hollandlara qarşı olacaq”. Qeyd edək ki, Azərbaycan Hollandiya ilə iyunun 3-də üz-üzə gələcək.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Makqreqor Nurmaqomedovu qorxaq adlandırıb
21.09.2018
Azərbaycanda həndbolun inkişafına kömək göstərməyə hazırıq
21.09.2018
UEFA Avropa Liqası: “Sportinq“ - “Qarabağ“ 2-0
20.09.2018
FİFA-nın növbəti reytinq cədvəli açıqlanıb
20.09.2018
Ukrayna cüdoçusu Daria Bilodid “Bakı-2018“in ilk qalibi olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info