Elxan Məmmədov reytinqdə irəliləyib
Tarix: 01.06.2017 | Saat: 22:28:00 | E-mail | Çapa göndər


Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. İyun üçün müəyyənləşən siyahı yığmamız üçün heç də uğurlu alınmayıb. Buna səbəb yığmamızın Bakıda keçirilən İslam Həmrəyliyi Oyunları zamanı Yekaterinburqda baş tutan “Böyük dəbilqə”dən kənar qalmasıdır. Belə ki, millimizin aparıcı idmançılarından yalnız Elxan Məmmədov irəliləyib. Avropa və dünya çempionumuz 100 kq çəki dərəcəsində 3-cü yerə yüksəlib. Bu çəkinin lideri isə zirvəni təhvil verib. O, siyahıda hətta Məmmədovdan da aşağı enib – 4-cü yer. Təmsilçilərimizdən İlqar Müşkiyev (60 kq), Rüfət İsmayılov (81 kq), Məmmədəli Mehdiyev (90 kq) və Aişə Qurbanlının (48 kq) mövqeyi dəyişməz qalıb. Cüdoçularımız müvafiq olaraq, 30-cu, 18-ci və 36-cı yerdədilər. Digər idmançılarımızdan Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66 kq) və Hidayət Heydərov (73 kq) 2, Uşanqi Kokauri (+100 kq) 3, Rüstəm Orucovla (73 kq) Xanım Hüseynova (63 kq) 1 rəqiblərini özlərindən irəli buraxıblar. Onlar müvafiq olaraq, 4-cü, 8-ci, 7-ci, 25-ci, 2-ci və 44-cü pilləyə eniblər.




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Qabil Mehdiyev: Azərbaycan KİV-ləri II Avropa Oyunlarına hazırlığı diqqətlə izləyirlər
23.01.2019
“Rizespor” “Porto”dan futbolçu icarəyə götürüb
22.01.2019
Rusiyada ilk Qış Universiadası keçiriləcək
22.01.2019
Marselo əsas heyətdən kənarlaşdırıldı
21.01.2019
İtaliya A Seriyası : “Milan” səfərdə “Cenoa”nı məğlubiyyətə uğradıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
4 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi
5 Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info