Kabildəki terror aktından sonra Əfqanıstanda 11 yaraqlı edam ediləcək
Tarix: 02.06.2017 | Saat: 00:43:00 | E-mail | Çapa göndər


Əfqanıstan Prezidenti Əşrəf Qəni dünən Kabildə diplomatik korpusun yerləşdiyi məhəllədə törədilmiş partlayışdan sonra “Taliban” hərəkatı və “Hakkani şəbəkəsi” qruplaşması ilə bağlılığı olan 11 yaraqlı barədə ölüm hökmünün icrası barədə göstəriş verib. Bu məlumatı “Tolo” telekanalı yayıb. Telekanalın məlumatına görə, Əfqanıstan liderinin imzaladığı qərar ekstremist təşkilatların əsas səhra komandirlərinə şamil edilir. Bununla belə, həmin siyahıda “Hakkani şəbəkəsi” qruplaşmasının yaradıcısı Calaluddin Hakkaninin oğlu və hazırkı başçısı Siracuddin Hakkaninin qardaşı Anas Hakkaninin adına rast gəlinmir. Xatırladaq ki, çərşənbə günü səhər Kabilin Vəzir Əkbər Xan məhəlləsində, bir sıra ölkələrin diplomatik missiyalarının yerləşdiyi “yaşıl zonanın” girişində minalanmış avtomobil partladılıb. Əfqanıstan Səhiyyə Nazirliyinin son məlumatına görə, partlayış nəticəsində 90 nəfər həlak olub, 380 nəfər yaralanıb. Partlayışdan zərər çəkənlər arasında səfirlik işçiləri və KİV nümayəndələri də var. Belə ki, BBC teleradio korporasiyasının və Əfqanıstanın Tolo TV kanalının əməkdaşlarının həlak olduqları, İran səfirinin, Yaponiya səfirliyinin iki əməkdaşının, Misir səfirliyinin gözətçisinin, AFR səfirliyinin xidmətçilərinin və jurnalistlərin yaralandıqları bildirilir. Partlayışın məsuliyyətini İŞİD terror qruplaşması üzərinə götürüb. Lakin sonradan Əfqanıstan milli təhlükəsizlik xidməti terror aktının “Hakkani şəbəkəsi” qruplaşması tərəfindən planlaşdırıldığını bəyan edib. Bu qruplaşma Pakistanın Şimali Vəziristan rayonunda yerləşir və Əfqanıstanın hakimiyyət orqanları ilə mübarizə aparır.




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Tümen aeroportlarına iki azərbaycanlının adları verilə bilər
12.11.2018
Viqen Sarkisyan: “Ermənistanın KTMT rəhbərliyindən uzaqlaşdırılması yeni hökumətin uğursuzluğudur”
12.11.2018
Avropa Şurasında yerli idarəetmələr müzakirə olunub
12.11.2018
Yağışlar İranın Əhvaz şəhərində fəsadlar törədib
09.11.2018
“ArmenianReport”: “Rus dili bizə lazım deyil”

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info