“ABŞ Prezidenti Azərbaycanda gedən islahatlara yüksək qiymət verir”
Tarix: 02.06.2017 | Saat: 00:46:00 | E-mail | Çapa göndər


“Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın həm 28 May - Respublika Günü, həm də XXIV Beynəlxalq "Xəzər Neft və Qaz-2017" sərgi və konfransı ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktublar bu gün iki ölkə arasında olan münasibətlərin keyfiyyət göstəricisidir”. Bu sözləri Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib. Aydın Mirzəzadə bildirib ki, əvvəlki administrasiyadan fərqli olaraq Donald Tramp Azərbaycanda gedən islahatlara yüksək qiymət verir. Bu da Azərbaycan üçün çox önəmlidir. ABŞ Prezidenti Azərbaycanla öz ölkəsi arasında ikitərəfli əlaqələrin möhkəmlənməsinə böyük önəm verdiyini və əlaqələrin genişlənməsində maraqlı olduğunu vurğulayır. "Azərbaycan Ermənistandan başqa bütün ölkələrlə qarşılıqlı maraqlar əsasında əlaqələrin qurulmasına önəm verir. Müstəqilliyini bərpa etdiyi 25 illik müddətdə Azərbaycanın Amerika Birləşmiş Ştatları ilə münasibətlərin demək olar ki, bütün sahələrini əhatə edən əməkdaşlıq təcrübəsi var. Həmin əlaqələri daha da genişləndirmək və dərinləşdirmək mümkündür. Bu, həm siyasi, iqtisadi, diplomatik, həm də hərbi əməkdaşlığı özündə birləşdirir", - deyə deputat qeyd edib. Aydın Mirzəzadə deyib ki, iki ölkə birlikdə beynəlxalq aləmdə stabilliyin qorunması, sülhün təmin edilməsi, terrorizmə qarşı mübarizə istiqamətində böyük işlər görə bilərlər. Azərbaycan ABŞ-la münasibətlərində onun Dağlıq Qarabağ probleminin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədri olması faktını da ciddi nəzərə alır. Birləşmiş Ştatlar bu statusundan istifadə edərək problemin həllinə böyük töhfə verə və Ermənistanı beynəlxalq hüquq normalarına riayət etməyə, Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmağa çağıra bilər. Hər iki məktub göstərir ki, ABŞ-ın yeni administrasiyası dünyada ölkələr arasında tamam yeni və ümumi maraqlara xidmət edən aspektlərin qurulmasında maraqlıdır.




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
1990-cı il 20 yanvar tarixinə keçən gecə Bakıda baş verən cinayətlər cavabsız qalmamalıdır
19.01.2019
Türkiyə xalqı 20 Yanvar faciəsini böyük kədər hissi ilə xatırlayır
18.01.2019
20 Yanvar faciəsi xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir
16.01.2019
Nikola Sturgeon: Brexitlə bağlı yeni referendumun keçirilməsi vacibdir
14.01.2019
“Azərbaycan hər ili əvvəlki ildən daha möhtəşəm uğurlara imza atır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info