: “Metsamor AES region və Avropa üçün çox böyük təhlükədir“
Tarix: 02.06.2017 | Saat: 00:50:00 | E-mail | Çapa göndər


Milli Məclisdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sosial məsələlər, sağlamlıq və davamlı inkişaf üzrə komitəsinin iclası keçirilib.
İclasda çıxış edən Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib ki, sosial məsələlərin müzakirəsi, həlli Azərbaycanın daxili siyasətində prioritet məsələlərindən olub. O qeyd edib ki, Azərbaycan Konstitusiyasında Sosial hüquqların təminatı ilə bağlı xeyli müddəa var və Azərbaycan bu sahədə bir sıra konvensiyalara qoşulub: "Bu konvensiyalar bu gün Azərbaycanda fəaliyyətdədir. Bəzən avropalı həmkarlar bu məsələlərlə bağlı elə standartlar tələb edirlər ki, onu yerinə yetirmək çətin olur. Nəzərə almaq lazımdır ki, Azərbaycan müstəqilliyini 20 ildən bir qədər artıqdır, təmin edib. Avropa ölkələri isə oturuşmuş ölkələrdir. Azərbaycan həmçinin 20 faiz ərazisini itirib. Biz işğala məruz qalmışıq. Ölkədə 1 milyondan artıq məcburi köçkün və qaçqın var, onların 300 mini uşaqdır. Azərbaycan bu gün bu problemlərlə yaşayır. Buna baxmayaraq, dövlət öhdəsinə düşən öhdəlikləri yerinə yetirir və yetirəcək”.
Z. Əsgərov qeyd edib ki, gündəlikdə miqrant məsələsi də var və bu problem dünyada uzun müddətdir davam edir: “Bu gün Suriya, İraq qaçqınlarından danışılır. 25 il əvvəl isə 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Niyə o vaxt bu barədə danışılmırdı? Burada ikili standartlar da var. Həmçinin Ermənistandakı Metsamor Atom Elektrik Stansiyasının potensial təhlükəsi də müzakirə olunmalıdır. Bu stansiya region üçün ən təhlükəli AES-dir. SSRİ texnologiyası ilə tikilib. Orada bir hadisə baş versə, Avropa üçün çox böyük təhlükə yaradar. Ermənistan üstəlik seysmik zonada yerləşir”.
İqlim dəyişiklikləri məsələsinə də toxunan Z. Əsgərov bildirib ki, Azərbaycan iqlim dəyişiklikləri ilə bağlı öhdəlikləri də məsuliyyətlə yerinə yetirir: "Lakin bütün ölkələr bu məsələdə məsuliyyətli olmalıdır".

Uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankı yaradılıb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, Azərbaycanda uşaqları bu gün dövlətin və cəmiyyətin hərtərəfli qayğısı ilə əhatə olunsa da, onların bir qisminin - qaçqın və məcburi köçkün uşaqlarının illərdən bəri doğma torpaqlarında, yurd yerlərində azad, sərbəst yaşamaq hüququnu təmin etmək indiyədək mümkün olmayıb. O bildirib ki, Azərbaycan-Ermənistan hərbi münaqişəsi zamanı 193 uşaq qətlə yetirilib, yaralanan uşaqların sayı isə yüzlərlədir: “Dövlətimiz münaqişə müddətində 210 uşağın əsir və girovluqdan azad edilməsinə nail olub, 61 uşaq itkin düşüb, 27-si isə hələ də əsirlikdədir. 1994-cü ildə atəşkəs rejiminin elan olunmasına baxmayaraq, ermənilərin Azərbaycanda uşaqları qətlə yetirməsi faktları davam edir. Ötən dövrdə 32 uşaq erməni terrorunun qurbanı olub. Onlardan 13-ü həlak olub, 19-u isə yaralanıb”. Komitə sədrinin sözlərinə görə Azərbaycan Prezidenti dəfələrlə öz çıxışlarında qeyd edir ki, elə etməliyik bütün uşaqlar savadlı, bilikli olsunlar, gələcəkdə özləri üçün gözəl həyat qura bilsinlər, dövlətimiz üçün dəyərli vətəndaşlar olsunlar. Bu gün bu məsələ öz real həllini tapır. Belə ki, son illər ərzində bölgələrdə üç mindən çox orta məktəb, 600-dən çox xəstəxana, tibb məntəqələri, 40 olimpiya idman kompleksi və onlarla gənclər mərkəzi tikilib istifadəyə verilib.
Komitə sədri qeyd edib ki, uşaq məsələləri ilə əlaqədar dövlət qurumları arasında koordinasiya və nəzarət sisteminin təkmilləşdirilməsi çox vacibdir. Dövlət müəssisələrində uşaqların qidalanma, nəzarət, təhlükəsizlik, zorakılığa məruz qalma və digər məsələlərlə bağlı monitorinqi aparılıb. Monitorinqin nəticəsində hazırlanmış tövsiyələr əsasında təlim-tərbiyə müəssisələrindəki şərait standartlara uyğunlaşdırılıb, mütəxəssislər üçün yeni təlimlər keçirilib. Uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankı yaradılıb. Bunun nəticəsində uşaq problemlərinin dəqiq statistikası müəyyənləşərək həmin sahədə daha effektiv preventiv tədbirlərin həyata keçirilməsi işi aparılacaq. “Azərbaycanda uşaq hüquqlarının güclənməsi ilə bağlı vacib qanunlar qəbul olunub. Bunlar sırasında nikah yaşının 17-dən 18-ə qaldırılması var”. Komitə sədrinin sözlərinə görə, ölkədə iki milyon altı yüz minə yaxın uşaq var.
H.Hüseynova bildirib ki, uşaqların öz hüquqlarını bilməsi, ictimai həyatda iştirakçılığının artırılması da aktual məsələlərdəndir: “Bu baxımdan, Heydər Əliyev Fondu və BMT-nin Uşaq Fondunun dəstəyi ilə keçirilən Ümumrespublika Uşaq forumlarının rolu xüsusi qeyd olunmalıdır. İki ildən bir keçirilən uşaq forumlarında uşaqlar sərbəst şəkildə mühüm problemlərə münasibətlərini bildirir, öz həmyaşıdlarının qayğı və problemlərini ictimailəşdirirlər. Onların irəli sürdükləri təklif və məsələlər dövlət məmurlarının və parlament üzvlərinin müzakirəsinə verilir. Hazırda IV Uşaq Forumuna hazırlıq gedir. Eyni zamanda, növbəti il BMT-nin müvafiq komitəsi qarşısında uşaq hüquqları üzrə ölkə hesabatı veriləcək. Hazırda bununla bağlı ciddi işlər aparılır”.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Ali təhsil ocağında görkəmli rəssamın xatirəsi anılıb
13.11.2018
Külli miqdarda siqareti yanacaq çənində gizlətdi
13.11.2018
Yeni ildə yaxınlarınıza İSMA Bikes hədiyyə edin
13.11.2018
“Azərçay” və “Bizim Tarla” Lənkəran “Çay, çəltik, sitrus festivalı“nda
13.11.2018
Sığorta şirkətinin yığımları 12 mln. manata çatdı

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10463

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info