KİV rəhbərləri Naxçıvanda görüşlər keçiriblər
Tarix: 02.06.2017 | Saat: 01:01:00 | E-mail | Çapa göndər


Naxçıvan Muxtar Respublikasına səfər edən KİV rəhbərlərindən ibarət nümayəndə heyəti Sədərək rayonunun Heydərabad qəsəbəsində olub.
Qəsəbə barədə qonaqlara ətraflı məlumat verən Sədərək Rayon İcra Hakimiyyəti başçısının müavini Yusif Seyidov bildirib ki, qəsəbə düşmənlə hava xətti ilə 500 metr məsafədə yerləşir. O, qəsəbənin 1990-ci ildən döyüş meydanına çevrildiyini, 1992-ci ildən sakinlərin öz evlərindən köçürüldüyünü söyləyib: “ Sakinlər atəşkəsdən sonra öz evlərinə qayıtsa da, yaşayış binaları bərbad vəziyyətdə idi. Buna görə də qəsəbə 2010-cu ildən tam yenidən qurulub. 84 yeni yaşayış mənzili tikilərək və yenidən bərpa edilərək sakinlərin istifadəsinə verilib. Hazırda qəsəbədə 450 sakin yaşayır. Atəşkəs ara-sıra düşmən tərəfindən pozulsa da, sakinlər öz evlərini tərk etmirlər. Qəsəbədə həyat öz axını ilə davam edir". Daha sonra qonaqlar Heydərabad Tarix Diyarşunaslıq muzeyində olublar. Sonra qəsəbədə yeni inşa olunan 48 mənzilli çoxmərtəbəli yaşayış binasına baş çəkiblər. Baş redaktorlar qəsəbədəki hərbi hissəyə də baş çəkiblər. Heydərabad qəsəbəsi ilə tanışlıqdan sonra media rəhbərləri Sədərək kənd 1 saylı tam orta məktəbinə də baş çəkiblər. Məktəbin direktoru Gülnarə Hüseynova məktəb barədə qonaqlara məlumat verərək məktəbin 2014-cü ilin yanvar ayından istifadəyə verildiyini bildirib: "Məktəb 810 yerlikdir. Hazırda məktəbdə 726 şagird təhsil alır. Ötən il məktəbimizin məzunu olan 45 nəfərdən 32-i ali məktəblərə sənəd verib. Onlardan 15 nəfəri ali məktəbə qəbul olunub. Bu il isə məktəbin 38 məzunu olub. Onlardan 25-i ali məktəbə sənəd verib. Qəbul imtahanlarının birinci mərhələsində 2 abituriyentimiz 500-dən çox bal toplayıb". Nümayəndə heyəti daha sonra Şərur rayonuna yollanıb. Şərur rayon 2 saylı tam orta məktəbə baş çəkiblər. Məktəbin direktoru Sevil Hacıyeva qonaqlara məktəblə bağlı geniş məlumat verərək bildirib ki, məktəbdə 120 müəllim çalışır: "Hazırda məktəbdə 800-ə yaxın şagird təhsil alır.Məktəbdə 1027 şagird yeri var. Ötən il məzun olan 56 şagirddən 35-i ali məktəbə qəbul olub.8 şagirdimiz 500-dən çox bal toplayıb. Bu il isə məktəbi 43 məzun başa vurur. Onlardan 40 nəfəri ali məktəbə sənəd verib, qəbul imtahanlarının birinci mərhələsində 23 nəfəri ali məktəbi qazanıb, 3 nəfəri 500-600 bal toplayıb". Məktəbin təməlinin 1986-cı ildə qoyulduğunu söyləyən S. Hacıyeva məktəbin 2015-ci ildə sökülərək yerində 4 mərtəbəli təhsil ocağı inşa edildiyini söyləyib: “Əvvəl məktəbin şagird tutumu az idi. Yeni məktəbimiz geniş olmaqla yanaşı, təhsildə yeniliklərin də tətbiqinə imkan verən müasir sinif otaqları ilə zəngindir". Qonaqlar Şərurda digər tədris müəssisələrinə də baş çəkiblər. Şərur rayon Peşə və Sürücülük məktəbində olan media rəhbərlərinə geniş məlumat verilib. Məktəbin direktoru Vəfadar Ələkbərov bu günə qədər 1927 nəfər müdavim qəbul edildiyini, 1739 müdavimin sertifikatla təmin olunduğunu söyləyib. Məktəb direktoru deyib ki, peşə məktəbində əmək bazarında tələbat olan ixtisaslara yiyələnmək imkanı var, müdavimlərin 880 nəfərindən 446-si işlə təmin olunub. Şərur Olimpiya İdman Kompleksinə baş çəkən qonaqlara mehmanxanın 60 yerlik olduğu barədə məlumat verilib. KİV rəhbərləri rayonda yerləşən Fizika-Riyaziyyat Təmayüllü Liseyə də baş çəkiblər. Media nümayəndələri Şahtaxtı Gömrük Məntəqəsində də olublar. Qeyd edək ki, may ayının 31-də ölkənin aparıcı KİV rəhbərlərindən ibarət 20 nəfərlik nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfər edib.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10502

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info