Rusiya ilə Moldova və Estoniya arasında “diplomatik savaş”
Tarix: 02.06.2017 | Saat: 01:02:00 | E-mail | Çapa göndər


Moldova səfirliyinin 5 əməkdaşı 3 gün, Estoniyanın Peterburqdakı baş konsulu və Estoniya Baş Konsulluğunun Pskovdakı dəftərxanasının rəhbəri 5 gün ərzində Rusiyanı tərk etməlidir
Rusiya beş Moldova və iki Estoniya diplomatını ölkədən çıxarır. “RİA Novosti” agentliyinin verdiyi xəbərə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Moldova səfirliyinin 5 əməkdaşı 3 gün, Estoniyanın Peterburqdakı baş konsulu və Estoniya Baş Konsulluğunun Pskovdakı dəftərxanasının rəhbəri 5 gün ərzində Rusiyanı tərk etməlidir. Bu addımın rusiyalı diplomatların Moldova və Estoniyadan çıxarılmasına cavab olaraq atıldığı açıqlanıb. Rusiyanın qərarına münasibət bildirən Moldova prezidenti İqor Dodon iki ölkə münasibətlərinin son 25 il ərzində bu qədər pis olmadığını bildirib. İ. Dodon hesab edir ki, buna səbəb Moldova hökumətinin və parlament çoxluğunun öz xalqının maraqlarından deyil, Qərb kuratorlarının geopolitik maraqlarından çıxış edərək qərar qəbul etməsi olub. Moldova prezidenti ümid edir ki, Rusiya bundan sonra iqtisadi və sosial xarakterli cavab addımları atmayacaq.


Dodon: “Əgər, Moldova hökuməti bundan sonra da bizim əsas müttəfiqimiz olan Rusiya ilə münasibətlərin korlanması, gərginliyin daha da artırılması istiqamətinə addımlar atarsa, o halda Moldova Respublikasının xalqı sözünü deyəcək”

Dodon bildirib ki, yaxın bir neçə gün ərzində Rusiya rəhbərliyi ilə müzakirələr aparacaq: “Əgər, Moldova hökuməti bundan sonra da bizim əsas müttəfiqimiz olan Rusiya ilə münasibətlərin korlanması, gərginliyin daha da artırılması istiqamətinə addımlar atarsa, o halda biz - Moldova Respublikasının xalqı sözünü deyəcək”. Dodon hesab edir ki, diplomatların qovulması ilə bağlı məsələdə imzası olan Təhlükəsizlik və İnformasiya Xidmətinin direktoru və xarici işlər naziri ölkənin təhlükəsizliyini təhdid altına salıblar: “Yaxşı olar ki , onlar istefa versinlər. Mən baş nazirin də istefa verəcəyinə ümid edirəm”. Ekspert Vldamir Jarixin hesab edir ki, son günlər Moldovada baş verənlər ölkədə ikihakimiyyətliliyin olduğunu göstərir: “Bir tərəfdə qərbyönümlü parlament, digər tərəfdə Rusiyaya müsbət münasibət bəsləyən prezident. Bu vəziyyətdən yeganə çıxış yolu təcili seçkilərin keçirilməsidir”. Qeyd edək ki, Rusiyanın Moldovadakı səfirliyi 5 rusiyalı diplomatın "persona non-qrata" elan edilməsi barədə məlumat alıb. Moldova baş naziri Pavel Filipp xüsusi xidmət orqanlarından daxil olmuş informasiya əsasında belə bir qərar qəbul edildiyini söyləyib. Rəsmi Moskva bunu Moldovada bir siyasi qüvvənin ölkə prezidentinin kursuna zidd təxribatı kimi dəyərləndirib və bu addıma adekvat cavab veriləcəyini bəyan edib.
Anar




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib
13.11.2018
NATO Avropa ordusuna qarşı çıxdı
13.11.2018
Ermənistanın dövlət strukturlarında çalışanlar ixtisar ediləcək
13.11.2018
Ermənistanda dəmiryolçular tətil elan ediblər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10467

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
3 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info