“Dağlıq Qarabağ məsələsində status-kvo davam edə bilməz”
Tarix: 02.06.2017 | Saat: 01:05:00 | E-mail | Çapa göndər


"ATƏT-nın Minsk qrupu danışıqlar prosesində həmişə fəaldır". Bunu Fransanın Ermənistandakı səfiri Jan-Fransua Şarpantye deyib.
Onun sözlərinə görə, hər üç həmsədr bir-biri ilə, həmçinin münaqişə tərəflərinin dövlət başçıları və xarici işlər nazirləri ilə daim təmasda olur. On gündən sonra həmsədrlərin bölgəyə səfər edəcəyini deyən fransalı diplomatın sözlərinə görə, Minsk qrupunun missiyası münaqişənin həlli yollarının tapılmasına şərait yaratmaqdır, lakin yekun qərarı onlar qəbul etmirlər. Səfir əlavə edib ki, bu ilin mart ayında Ollandla Sərkisyan arasında görüş zamanı Fransa dövlət başçısı Azərbaycan və Ermənistan prezidentlərini qəbul edib, onların görüşünü təşkil etməyə hazır olduğunu bəyan edib. Səfirin qənaətinə görə, üç məlum prinsipə əsaslanan hərtərəfli yekun həllin tez bir zamanda tapılması üçün hər şey etmək lazımdı. J. Şarpantye qeyd edib ki, istər insani, istərsə də siyasi nöqtəyi nəzərdən daim təhdid və atəşkəs rejiminin pozulması şəraitində yaşamaq olmaz. “Status-kvo davam edə bilməz”, - deyə səfir bildirib.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Bu tarixi bilmək lazımdır və ya keçmişin dərsləri
19.11.2018
Prezidentin Belarusa səfəri ölkələrimizin iqtisadi əlaqələrində yeni bir mərhələnin əsasını formalaşdırır
19.11.2018
Almaniyadakı azərbaycanlı alimlərin konfransı keçirilib
19.11.2018
İsveçrə Azərbaycanlıları Koordinasiya Şurasının toplantısı keçirilib
19.11.2018
Dövlət Komitəsinin nümayəndə heyətinin Amerikaya səfəri Vaşinqtonda davam edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info