Qəzzafinin varisləri Liviyada mübarizəyə qoşulurlar
Tarix: 02.06.2017 | Saat: 01:06:00 | E-mail | Çapa göndər


Qəbilə Şurasının qərarı ilə Qəzzafinin oğlu şuranın əsas nümayəndəsi, qızı isə xarici işlər üzrə nümayəndə təyin edilib

Altı il əvvəl, 2011-ci il iyun ayının 1-də NATO komandanlığı Liviyaya qarşı hava əməliyyatı barədə qərar qəbul edib. Həmin hadisələrin nəticəsi olaraq vaxtilə Yaxın Şərqin ən varlı ölkəsi olmuş Liviya, demək olar ki, vahid dövlətçiliyini itirib. Hazırda ölkə iki cəbhəyə bölünüb. Ölkənin şərqinə marşal Həlifə Haftar, qərbinə isə keçid hökuməti - Fayeza Saradc nəzarət edir. Hər iki tərəf də öz varlığını nümayiş etdirmək üçün real gücdən yararlanır.
Maraqlı məqam budur ki, bu gün ölkədə özünü Qəzzafinin varisi kimi təqdim edən polkovnik Tahar Daxeş Camahiriyyəni yenidən bərpa etmək arzusunu ortaya qoyub. Xatırladaq ki, Tahar Daxeş də 2011-ci il fəlakətini yaşayanlardandır. Polkovnik, Liviyadakı bütün bəlaların səbəbkarı kimi Qərb dövlətlərini görür. Hazırda Liviyada yaradılan şurada fəaliyyət göstərən Tahar Daxeş qarşısına ali məqsəd kimi Camahiriyyəni bərpa etməyi qoyub. Qəbilə Şurasının mətbuat katibi Frank Puçarellinin sözlərinə görə, hazırda Liviyada Qəzzafi tərəfdarlarının sayı təxminən 20 mindən artıqdır. Hələ ki, Qəzzafi tərəfdarlarının gücü məhdud olduğundan onların ölkənin neft limanlarına çıxmaq imkanı yoxdur. Onlar Qəzzafi dövründə Liviyanın cənub qüvvələri qrupunun lideri olmuş general Əli Kana böyük ümidlər bəsləyirlər. Ölkənin cənubunda qəbilə birlikləri ilə məsləhətləşmələr aparan Kan özü də Qəzzafinin varislərinin bir bayraq altına gətirə biləcəyinə böyük ümidlər bəsləyir. Qeyd edək ki, Qəbilə Şurasının qərarı ilə Qəzzafinin oğlu Saif-əl-İslam şuranın əsas nümayəndəsi, qızı Ayşə isə xarici işlər üzrə nümayəndə təyin edilib. Həbsdə olduğu iddia edilən Saif-əl-İslamın azadlıqda olduğu təsdiqlənib. Qəzzafinin qızı Ayşəyə qarşı isə Avropa İttifaqı tərəfindən tətbiq edilən qadağalar artıq aradan götürülüb. Maraqlı nüanslardan biri də budur ki, Saif-əl -İslamı dəstəkləyənlər sırasında Moskva da var. Nə Saradc, nə də Haftar hakimiyyətini tanıyan qəzzafiçilər ölkədə üçüncü qüvvə olmaq iddiasındadırlar. Onlar ölkədəki hakimiyyətin Avropa İttifaqı ilə sövdələşərərk Liviyanı qaçqın düşərgəsinə çevirə biləcəyindən ehtiyatlanırlar. Avropadakı sağçı qüvvələr qitəyə axışan miqrantlar üçün Liviyada düşərgələr yaratmağı təklif edirlər. Qəzzafi tərəfdarlarına görə, özünü Liviyanın baş naziri kimi təqdim edən Saradcın səlahiyyətləri legitim deyil. Çünki onu Liviya xalqı seçməyib.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
Fransada “Sarı jiletlər”in növbəti aksiyası keçirilir
19.01.2019
Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər
18.01.2019
Berlin: Moskva “Şimal axını-2” layihəsinin tikintisini müstəqil şəkildə başa çatdırmağa qadirdir
18.01.2019
İtaliya Suriyada yenidən səfirliyini aça bilər
18.01.2019
İran ABŞ-dan Press TV-nin jurnalistini təcili azadlığa buraxmağı tələb edir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info