Rusiyalı nazir: “Biz Türkiyəyə 3 milyon tondan çox buğda satırıq”
Tarix: 02.06.2017 | Saat: 15:54:00 | E-mail | Çapa göndər


Türkiyə hökuməti Rusiya buğdasının ölkəyə idxalına tətbiq olunan məhdudiyyətləri ləğv edib, Rusiya isə, öz növbəsində, Türkiyə ilə qarşılıqlı fayda əsasında əməkdaşlığı davam etdirməyə hazırdır.
 
“RİA Novosti”nin verdiyi xəbərə görə, bunu Rusiya kənd təsərrüfatı naziri Aleksandr Tkaçov bildirib.   
 
“Artıq heç bir mübahisə yoxdur. Türkiyədə bizi gözləyirlər, hər şey yaxşıdır, heç bir problem yoxdur.  Biz qarşılıqlı fayda əsasında əməkdaşlığı davam etdirməyə hazırıq. Türkiyənin buğda bazarı bizim üçün prioritetdir, biz orada 3 mln. tondan çox buğda satırıq. Bu yaxşı rəqəmlərdir”, - deyə Tkaçov Peterburq İqtisadi Forumda bildirib.  
 
Türkiyə hökuməti martın 15-dən ölkə daxilində emal olunan bəzi kənd təsərrüfatı məhsullarının (buğda və günəbaxan yağı daxil olmaqla) tədarük qaydalarına dəyişiklik edib. Dəyişikliklərə əsasən, Rusiya rüsumsuz tədarük hüququna malik ölkələrin siyahısına daxil edilməyib. Buna səbəb  Türkiyə mallarının (xüsusən, pomidorlarının) Rusiyaya tədarükünə qoyulan qadağanın qismən qüvvədə qalması olub.       
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
“Küçə demokratiyasının qaydaları böyük siyasətdə qəbul edilə bilməz”
17.11.2018
Viqen Sarkisyan: “Ötən aylar Ermənistanın xarici siyasəti ilə bağlı narahatlıqlar yaradır“
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info