ƏƏSMN-in elektron xidmətlərinə 745 298 müraciət qeydə alınıb
Tarix: 02.06.2017 | Saat: 15:54:00 | E-mail | Çapa göndər


Cari ilin may ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərinə 745 298 müraciət qeydə alınıb ki, bu da ötən ay “Elektron hökumət” portalına ümumi müraciətlərin 34,4%-ni təşkil edir.
 
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, hazırda vətəndaşlar pensiya və sosial sığorta münasibətləri, əmək münasibətlərinin rəsmi qeydiyyatı, sosial yardımla bağlı müraciət edilməsi, əlilliyin qiymətləndirilməsi və s. məsələlərlə bağlı elektron xidmətlərdən real vaxt rejimində tam şəffaf şəraitdə faydalanırlar. Eyni zamanda əmək qabiliyyətinin müvəqqəti itirilməsi, hamiləliyə, doğuma, uşağın anadan olmasına və s. səbəblərə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim olunması, iş yerinə dair arayışın əldə edilməsi, pensiya və müavinətlərin hesablanması və s. üzrə e-xidmətlər əhalinin istifadəsindədir. 
 
Əhali üçün aktual iş sahələrini əhatə edən bu e-xidmətlər eyni zamanda geniş istifadəçi kontingenti ilə seçilirlər. Bu gün “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi”, “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi”, “Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi”, “İş yerinə dair arayış”, “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi”, “Məcburi dövlət sosial sığortası üzrə hesabatların təqdim edilməsi”, “Sığortaolunanın onlayn uçota alınması”, “Hamiləliyə və doğuma görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi” və s. e-xidmətlər vətəndaşların daha çox müraciət etdikləri e-xidmətlər sırasındadırlar.
 
Ümumilikdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 30-a yaxın e-xidməti fəaliyyət göstərir ki, həmin e-xidmətlərə cari ilin yanvar-may aylarında 4 mln. 577 min 511 müraciət qeydə alınıb. 
Tural




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Sahil Babayev canlı efirdə 36 vətəndaşın müraciətini cavablandırıb
22.02.2019
“Prezidentin Əfqanıstan müharibəsi veteranlarına və bu müharibədə həlak olanların ailələrinə qayğısı davamlıdır”
22.02.2019
“AZƏRSUN HOLDİNQ“ İnsan Resursları üzrə mütəxəssis axtarır
22.02.2019
Bu il Bakının 4 rayonunda “DOST” mərkəzləri yaradılacaq
21.02.2019
Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info