“Son 13 ildə Azərbaycanda 1,6 milyon nəfər işlə təmin edilib”
Tarix: 02.06.2017 | Saat: 15:59:00 | E-mail | Çapa göndər


“Azərbaycanın 2004-cü ildə Avropa Sosial Xartiyaya qoşulmasından sonra 1,6 milyon insan iş yeri ilə təmin edilib”.
 
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov AŞPA-nın Sosial Məsələlər, Sağlamlıq və Dayanıqlı İnkişaf və Avropa Şurasının Avropa Sosial Xartiyası Departamentinin birgə təşkilatçılığı ilə Bakıda keçirilən “Avropa Sosial Xartiyası prizmasında Azərbaycanda sosial-iqtisadi hüquqların möhkəmləndirilməsi” adlı milli parlament seminarında deyib. 
 
O bildirib ki, ölkədə işsizlik 5 faizə endirilib: “Ölkə prezidentinin dediyi kimi, sosial sahə ölkənin prioritet sahəsidir və bu sahənin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Azərbaycanda son illər güclü sosial təminat sistemi formalaşıb, islahatlar aparılıb, müasir tələblərə uyğunlaşdırılmış istiqamətdə addımlar atılıb. Azərbaycan bu sahədə beynəlxalq  tələb və standartlara cavab verir. Hər kəsin əmək və sosial hüquqları ölkənin Konstitusiyasında əksini tapıb. Azərbaycan prezidenti ötən 13 ildə bu sahədə 81 fərman və sərəncam imzalayıb. Sosial müdafiə sahəsində hər ay 2 milyon 330 min vətəndaşa 316 milyondan çox vəsait ödənilir”.  
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info