Tibb sahəsində çalışanların 86, təhsildə isə 73 faizi qadınlardır
Tarix: 02.06.2017 | Saat: 16:25:00 | E-mail | Çapa göndər


AŞPA-nın Milli Məclisdə keçirilən Sosial məsələlər, sağlamlıq və dayanıqlı inkişaf komitəsinin iclası zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov avropalı iştirakçıların Azərbaycanda qadınların əmək haqları ilə bağlı sualını cavablandırıb. Nazir qeyd edib ki, Azərbaycan qanunvericiliyində qadınlara hər hansı bir məhdudiyyət qoyulmur: “Qanunvericilikdə qadınların çalışa bilməyəcəyi sahə anlayışı yoxdur. Hamıya sərbəst seçim hüquqi verilir. Qadınlar daha çox tibb və təhsil sahələrini seçirlər. Tibb sahəsində çalışanların təxminən 86 faizi, təhsil sahəsində çalışanların təxminən 73 faizi isə qadınlardır. Bu sahələri onlar özləri seçiblər. Bu ixtisaslar üzrə təhsil alanların da çoxu qadınlardır. Yəni bu, onların seçimidir. Bu sahələrdə də əmək haqqı nisbətən aşağı olduğuna görə, qadınların əmək haqqı kişilərə nisbətən aşağı olur. Sadəcə olaraq, qadınlar seçim hüquqlarından istifadə edərək bu sahələri seçirlər ki, orada da əmək haqları digər sahələrə nisbətən aşağı olur”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.06.2019
Azərbaycanla İran və İndoneziya arasında əməkldaşlığa dair fikir mübadilələri aparılıb
19.06.2019
Bank mütəxəssis axtarır
19.06.2019
“Paşa Sığorta” işçi axtarır
19.06.2019
“Veysəloğlu” işçi axtarır
19.06.2019
Minimum əməkhaqqının artımı birbaşa olaraq 950 min nəfəri əhatə edəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10810

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Prezidentin Sərəncamı: 160 minə yaxın müəllimin orta aylıq maaşı 605 manat oldu
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info