Çernobıl əlilləri istirahətə göndərilir
Tarix: 24.04.2013 | Saat: 21:52:00 | E-mail | Çapa göndər


Hər il aprel aynın 26-da MDB, həmçinin Şərqi Avropanın bir sıra ölkələrində 20-ci əsrin ən dəhşətli qəzalarından olan Ukraynanın Pripyat şəhərindəki Çernobıl Atom Elektrik Stansiyasının 4-cü blokunda baş vermiş qəzanın ildönümü qeyd olunur.
Stansiyada baş vermiş partlayış və yanğın nəticəsində yaranmış radioaktiv bulud Şərqi Avropanın böyük bir hissəsini bürüyüb, həmçinin cənub istiqamətində hərəkət edərək böyük bir ərazini radioaktiv maddələrlə zəhərləyib. Bəşəriyyət üçün ən dəhşətli texnogen faciələrdən biri olan Çernobıl qəzasının ildönümü ilə bağlı Səbail Rayon İcra Hakimiyyətində qəzanın aradan qaldırılmasının iştirakçıları olmuş rayon sakinləri ilə görüş keçirilib. Mərasimdə çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Xalidə Bayramova bildirib ki, bu dəhşətli qəza bütün dünyada əks-səda doğurub. Hadisə nəticəsində 7 min insan həlak olub, 25 min insan güclü radiasiyaya məruz qalaraq ömürlük şikəst olub. 1986-cı ildə keçmiş SSRİ-nin digər respublikalarının nümayəndələri ilə birlikdə Azərbaycandan da 7 mindən çox insan bu qəzanın aradan qaldırılması üçün Çernobıla yola düşüb. Təhlükəli və ağır şəraitdə işləmək iştirakçıların əksəriyyətinin səhhətinə ciddi təsir göstərib. Onların bir çoxu normadan artıq şüalanmaya məruz qalıb, səhhətlərinə ciddi ziyan toxunub. Hadisədən artıq 27 il keçməsinə baxmayaraq, bir çox iştirakçılar bu gün də əziyyət çəkirlər. Çernobıl qəzası zamanı əlil olmuş vətəndaşların vəziyyətini çox gözəl bilən ümummilli lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan az sonra, yəni 1993-cü ilin sonlarında bu qəzanın ləğvində iştirak edib və həmin qəzadan zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında xüsusi sərəncam imzalayıb ki, bununla da Çernobıl əlillərinə diqqət və qayğı artıb. Çernobıl qəzasının aradan qaldırılmasında iştirak edən şəxslərə olan dövlət qayğısı, onların pensiya və müavinətləri ölkə başçısı cənab İlham Əliyevin səyləri nəticəsində artırılıb, əlillərin keyfiyyətli müalicəsi üçün müvafiq tədbirlər həyata keçirilir. Səbail rayonunda Çernobıl qəzasının aradan qaldırılmasına iştirak etmiş 90 nəfərin 46-sı müxtəlif dərəcəli əlildir və onlar dövlət tərəfindən müəyyən edilmiş təqaüd, müavinətlər və müraciət etdikləri zaman sanator müalicəsi ilə təmin olunurlar. Son 2 il ərzində rayonda 3 nəfər Çernobıl əlili mənzillə, 1 nəfər minik avtomobili ilə təmin olunub, 32 nəfər sanatoriyaya göndərilib, bu il daha 20 nəfərin istirahətə göndərilməsi planlaşdırılır. Tədbirin sonunda Çernobıl əlillərinə maddi yardım və ərzaq bağlamaları təqdim olunub.
NIGAR





 
Bölməyə aid digər xəbərlər
25.05.2019
Ordubadlı nümunəvi ailə təsərrüfatlarının iş təcrübələri muxtar respublikada yayılır
25.05.2019
Beyləqandakı əmək yarmarkasında 54 nəfər işə göndəriş alıb
24.05.2019
Tikinti mühəndisi vəzifəsinə işçi axtarılır
24.05.2019
“Gilan Holding“ işçi axtarır
24.05.2019
Bank mütəxəssis axtarır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10790

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info