Dünya şöhrətli radioloq ATU-da mühazirə oxudu
Tarix: 02.06.2017 | Saat: 16:58:00 | E-mail | Çapa göndər


Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında dölün exokardioqrafiyasının banisi sayılan professor Filip Jentinin iştirakı ilə seminar başlayıb.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, dünya şöhrətli radioloq-sonoqrafist, dölün exokardioqrafiyası üzrə mütəxəssis Filipp Jenti “Azerbaijan Fetal Education Research Group” və Azərbaycan Tibb Universitetinin birgə təşəbbüsü ilə ATU-da təşkil olunan ikigünlük seminara qatılıb. Professor F.Jenti ana bətnindəki dölün ürəyinin daha dərindən dinlənilməsi, dölün anatomik anomaliyalarının ultrasəs müayinəsi vasitəsilə müəyyənləşdirilməsinə dair “Ürəyin disseksiyası” mövzusunda mühazirə ilə çıxış edir.
ATU-nun Tədris Cərrahiyyə Klinikasının pediatrik-invaziv kardioloqu Elşən Rzayevin sözlərinə görə, bu məruzə hər bir kardioloq, radioloq üçün çox önəmlidir. Konfransda qeyd olunub ki, Filipp Jenti dünyanın bütün həkimlərinin işlətdiyi ultrasəs cihazlarında dölün ölçülərini izləməyə imkan verən çarxları kəşf edib. Professor 120-dən çox ölkədə mühazirələrlə çıxış edib. Dölün exokardioqrafiyası ultrasəs müayinənin bir növüdür. Bu müayinə ana bətnində olduğu zaman döldəki anadangəlmə ürək qüsurlarını və digər xəstəlikləri aşkarlamağa imkan verir. O, 34 dərslik, 154 elmi məqalənin müəllifidir.
Professor F.Jenti həm də “TheFetus” saytının müəllifidir. Burada sonoqraflar bir çox maarifləndirici informasiyanı əldə edir, həm də təcrübə mübadiləsi aparırlar.
Qeyd edək ki, ATU-da keçirilən seminarda yalnız universitetin əməkdaşları yox, respublika üzrə dölün exokardioqrafiyası ilə maraqlanan bir çox mütəxəssislər iştirak edirlər.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info