Formula 1 bilet vauçerlərinin orijinal biletlə dəyişdirilməsinə başlanılıb
Tarix: 02.06.2017 | Saat: 17:23:00 | E-mail | Çapa göndər


Formula 1 Azərbaycan Qran Prisinə alınan bilet vauçerlərinin orijinal biletlə dəyişdirilməsi prosesinə başlanılıb.
Bu barədə Trend-ə Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətindən məlumat verilib.
Bildirilir ki, iyunun 1-dən etibarən şəhərin kassalarında bilet vauçerlərini biletlərin əsli ilə dəyişmək mümkün olacaq. Bu proses iyunun 25-i yarış başlayanadək davam edəcək.
Bilet dəyişdirməyə gələn tamaşaçılar özləri ilə şəxsiyyət vəsiqələrini gətirməlidirlər. Bilet vauçerlərini yalnız bu vauçerlərin üzərində adları əks olunan şəxslər dəyişdirə bilərlər. Bununla yanaşı, bilet satışı kassalarda və həmçinin onlayn qaydada davam edəcək.
Onlayn alınan bilet vauçerləri 2017 Formula 1 Azərbaycan Qran Prisi başlayanadək müvafiq kassalarda biletlərin əsli ilə dəyişdirilməlidir. Bilet vauçerləri ilə yarış məkanına daxil olmağa icazə verilməyəcək.
Yarış həftəsonu ərzində tamaşaçılar şəhərin kassaları ilə yanaşı yarış məkanının girişlərində quraşdırılmış bilet satışı məntəqələrində də bilet vauçerlərini dəyişə biləcəklər. Bilet sahiblərindən xahiş olunur ki, vauçerlərin dəyişdirilməsini son günə saxlamasınlar, əks halda kassaların önündə uzun növbələr yarana bilər.
Biletlə əlaqədar yaranmış sualları bilet@bakugp.az elektron ünvanına göndərə bilərsiniz.
Satışda olan biletlər və tribunalar haqqında ətraflı məlumat üçün bu keçidə daxil olun: www.bakucitycircuit.com
Fuad




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
FİFA-nın növbəti reytinq cədvəli açıqlanıb
20.09.2018
Ukrayna cüdoçusu Daria Bilodid “Bakı-2018“in ilk qalibi olub
20.09.2018
“Bakı-2018“: Cüdo üzrə dünya çempionatının ilk finalçıları bəlli olub
20.09.2018
UEFA Çempionlar Liqasında ilk tura yekun vurulub
19.09.2018
UEFA Çempionlar Liqası: Roberto Firmino “Liverpul“ klubuna qələbə qazandırıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info