“Maire Tecnimont Group”un sədri BANM-də
Tarix: 02.06.2017 | Saat: 17:53:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbinin (BANM) Kimya mühəndisliyi ixtisası üzrə təhsil alan 5-ci kurs tələbələri Amail Məmmədova, Riyad Baxşiyev və Sənan İbrahimov İtalyanın “Maire Tecnimont Group” şirkətinin Azərbaycan üzrə nümayəndəliyi “KT-Kinetics Technology” şirkətinin müəssisələrində təşkil olunan istehsalat təcrübəsi proqramını uğurla başa vurublar. Bununla əlaqədar ali məktəbdə tələbələrə sertifikatların təltif edilməsi mərasimi keçirilib.
Tədbirdə BANM-in rektoru Elmar Qasımov, “Maire Tecnimont Group”un sədri Fabrizio Di Amato, şirkətin icraçı direktoru Perroberto Folgiero, Xüsusi təşəbbüslər və regionda koordinasiya üzrə birinci vitse-prezidenti, Rusiya və Xəzər regionu üzrə vitse-prezidenti Canni Bardazzi, İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Karlo Nicolais, o cümlədən “KT-Kinetics Technology” şirkətinin kommersiya məsələləri üzrə vitse-prezidenti Andrea Vena, Bakıdakı nümayəndəliyinin rəhbəri Nikolo Heilpern, İnsan resursları üzrə meneceri Aida Bəşirova və ali məktəbin professor-müəllim heyəti və tələbələri iştirak edib.
Tədbiri açan rektor Elmar Qasımov ali məktəblə birgə təşəbbüs əsasında həyata keçirilən bu proqramın önəmini vurğulayaraq yaradılan imkanlara görə tərəfdaş şirkəti təşəkkür edib. O, həmçinin qeyd edib ki, təcrübə əsasında tələbələrin qazandıqları bilik və bacarıqlar onların gələcək karyerasında mühüm rol oynayacaq.
“Maire Tecnimont Group”un sədri Fabrizio Di Amato proqrama verdiyi dəstəyə görə rektor Elmar Qasımova öz təşəkkürünü bildirib və tələbələri sertifikat almaları münasibətilə təbrik edib. “Bu proqram təhsil və özəl sektor arasında əməkdaşlığın bir nümunəsidir. “Maire Tecnimont” şirkəti “Kinetics Technology” şirkəti vasitəsi ilə bu kimi ikitərəfli əməkdaşlığa böyük önəm verir. Bizim şirkətimizin əsas məqsədlərindən biri də professional səviyyəni yüksəltmək və uzunmüddətli əlaqələr yaratmaqdır. Bu isə yalnız gələcək nəsillərə investisiya qoyulmasından, şirkətlər və universitetlər arasında effektiv əlaqələrin yaranmasından asılıdır. BANM-in tələbələri şirkətimizdə istehsalat təcrübəsi keçərək öz biliklərini inkişaf etdirməklə yanaşı, beynəlxalq komandamıza inteqrasiya da ola bildilər” - Fabrizio Di Amato deyib.
Qeyd edək ki, sözügedən proqram BANM və İtalyanın “Maire Tecnimont Group” şirkəti arasında 19 oktyabr 2016-cı il tarixində imzalanmış əməkdaşlıq haqqında razılaşma çərçivəsində həyata keçirilir. 17 həftə ərzində davam edən proqram zamanı tələbələr şirkətin müxtəlif şöbələrində təcrübə keçərək texniki biliklərə yiyələnməklə yanaşı, real problemləri həll etməyi öyrənmiş, liderlik bacarıqları, kommunikasiya bacarıqları, müqavilələrin idarəolunması kimi istiqamətlərlə tanış olmuşlar. Bu təcrübə onlara tikinti ərazisində (Sumqayıt) və şirkətin filialında təcrübə keçməklə “KT-Kinetics Technology” kimi qlobal şirkətdə bacarıqlarını inkişaf etdirməyə imkan yaradıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib
20.09.2018
Prezidentin köməkçisi: “Ərazilərin minalardan təmizlənməsi humanist missiyadır”
20.09.2018
Azərbaycanın milli qəhrəmanları haqqında ingilis dilində məqalələr hazırlanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info