Astanada “Made in Azerbaijan” brendi adı altında təqdimat keçirilib
Tarix: 02.06.2017 | Saat: 18:48:00 | E-mail | Çapa göndər


Qazaxıstanın paytaxtı Astanada Azərbaycanın bu ölkədəki səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycan istehsalı olan şərabların təqdimatı keçirilib. Təqdimat və dequstasiya mərasimində Qazaxıstanda akreditə olunan 40-dan artıq diplomatik korpusun rəhbərləri, səfirlər, bu ölkənin dövlət strukturlarının rəsmiləri, tanınmış şəxslər iştirak ediblər. “Made in Azerbaijan” brendi adı altında keçirilən təqdimatda şərab istehsalı üzrə ixtisaslaşan Fireland Vineyards MMC-nin direktoru Elmar Səidov məhsulların çeşidləri haqqında geniş məlumat verib. Bildirilib ki, Almaniya, İtaliya, Fransa vә Yaponiyadan gətirilən istehsal avadanlıqları ən keyfiyyətli məhsulları ixrac etməyə imkanlar yaradır. Bunlardan biri olan Chardonnay şərab növü dünyanın ən çox satılan quru ağ şərabına çevrilib. Chardonnay dünyanın bir çox ölkələrində o cümlədən Azərbaycanda da yetişir. Viognier, Rkatsiteli kimi şərablar da yalnız bir üzüm növündən alınmaqla premium sinfə daxildir. Təqdimat mərasim çərçivəsində keçirilən dequstasiyada qırmızı şərab olan Yallı, eləcə də Sauvignon Blanc iştirakçılarda xüsusi maraq oyadıb. Bolqarıstan, Macarıstan, eləcə də şərab istehsalı ilə tanınan ölkələrin səfirləri, diplomatları Azərbaycan şərablarının keyfiyyətini yüksək qiymətləndiriblər ki, bu da ölkəmizin bu sahədə ixrac standartlarının göstəricisindən xəbər verir. Artıq Azərbaycan şərablarının Qazaxıstana ixrac edilməsi və satışının təşkil edilməsi üçün uğurlu danışıqlara start verilib və müəyyən nəticələr əldə edilməkdədir. Yeri gəlmişkən, böyük həcmdə şərab istehsalçısı və ixracı ilə məşğul olan ölkələr, ö cümlədən Gürcüstan artıq bu təcrübədən istifadə edib. Odur ki, “Made in Azerbaijan” brendi altında Qazaxıstanın bir çox regionlarında da belə təqdimatların keçirilməsi nəzərdə tutulub. Azərbaycanın bu ölkədəki səfirliyi ilə aidiyyəti dövlət strukturlarının birgə fəaliyyəti nəticəsində sahibkarların Qazaxıstanın Astana, Almatı, Petropavlovsk, Kustanay, Şimkənt kimi şəhərlərində təşkil olunacaq sərgi və yarmarkalarında vahid ölkə stendi ilə və ya fərdi qaydada iştirakı təmin ediləcək.


Fuad




 
Bölməyə aid digər xəbərlər
22.11.2018
1 ildə 5700-ə yaxın məhkumun cəzası yüngülləşdirilib
22.11.2018
Azərbaycan-Belarus münasibətləri strateji xarakter daşıyır
21.11.2018
“Belarusa səfər Prezident İlham Əliyevin xarici siyasət istiqamətində növbəti uğurudur”
21.11.2018
Ukrayna NATO və Avropa İttifaqına üzvlüyə hər an yaxınlaşır
20.11.2018
Yeni Azərbaycan Partiyası: iqtisadi və siyasi müstəqilliyi möhkəmləndirən ideyalar məktəbi

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Şair Sərraf Şiruyənin yaradıcılığı haqqında...
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info