Elman Nəsirov: “ABŞ Azərbaycana çox böyük dəyər verir”
Tarix: 02.06.2017 | Saat: 18:48:00 | E-mail | Çapa göndər


Məlum olduğu kimi, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi 28 May - Respublika Günü münasibətilə təbrik edib. O, eyni zamanda, ölkəmizdə keçirilən XXIV Beynəlxalq “Xəzər Neft və Qaz-2017” sərgi və konfransı ilə bağlı dövlətimizin başçısına təbrik məktubu göndərib. Həmin məktubların mətni ilə diqqətlə tanış olduqdan sonra bu qənaətə gəlmək mümkündür ki, ABŞ-ın yeni administrasiyası Azərbaycanla münasibətlərdə yeni səhifə açmaq niyyətindədir.
Bu fikirləri Milli Məclisin deputatı, professor Elman Nəsirov deyib.
Elman Nəsirov bildirib ki, təbrik məktubunda artıq həmin niyyətin anonsunun verildiyini söyləmək mümkündür. Birincisi, məktubda Donald Tramp qeyd edib ki, Azərbaycan ABŞ üçün dəyərli tərəfdaşdır. Dəyərli tərəfdaşlıq isə strateji tərəfdaşlıq deməkdir. Strateji tərəfdaşlıqda fundamental məsələlərdə ortaq mövqedən çıxış edirlər. Yəni, bu, o deməkdir ki, ABŞ Azərbaycanın fundamental məsələlərində mövqeyini müdafiə etmək niyyətini ortaya qoyur. Bu baxımdan, həmin niyyət Azərbaycan üçün əhəmiyyətli məqamdır. İkincisi, həmin məktubda qeyd olunur ki, ABŞ Azərbaycan ilə birgə səylərlə terrorizmə qarşı mübarizə aparır.
Bu gün müsəlman dünyası Qərb aləmində elə təqdim olunur ki, guya müsəlman ölkələri beynəlxalq terrorizmi dəstəkləyir. Lakin məktubdakı bu tezis onu göstərir ki, ABŞ müsəlman ölkəsi olan Azərbaycana çox böyük dəyər verir. Onun beynəlxalq terrorizmə qarşı mübarizə səylərini yüksək dəyərləndirir. Məktubda bu məsələdə Azərbaycanın ABŞ-la birgə fəaliyyət göstərməsi xüsusi vurğulanır.
“Eyni zamanda, bu tezisdə növbəti bir fikrə gəlirik ki, Azərbaycan ABŞ-la birlikdə qlobal təhlükəsizliyə töhfələr verir. Azərbaycanın lokal və regional deyil, artıq ABŞ kimi fövqəldövlət ilə paralel şəkildə qlobal təhlükəsizliyə töhfə verməsindən bəhs olunur. Nəzərə alsaq ki, Azərbaycan elə də böyük dövlət deyil, lakin onun qlobal təhlükəsizliyə fövqəldövlət ilə paralel şəkildə töhfə verdiyi fikrinin ifadə olunması artıq Azərbaycana ABŞ administrasiyasının çox yüksək dəyər verdiyinin növbəti təsdiqidir. Həmçinin məktubda diqqəti cəlb edən məqamlardan biri də odur ki, rəsmi Vaşinqton Azərbaycanı Avropa üçün yeni enerji mənbəyi kimi təqdim edir. Əslində bu fikir hər kəsə bəllidir, lakin ABŞ-ın yeni administrasiyasının bu amili etiraf etməsi artıq uzağa gedən nəticələr çıxarmağa əsas verir. Bu, o deməkdir ki, Azərbaycan Prezidenti müstəqil xarici siyasət kursu həyata keçirir və Avropa ilə enerji sahəsində əməkdaşlığa yüksək qiymət verir. Bu da ABŞ tərəfindən dəstəklənir”, - deyə Milli Məclisin deputatı vurğulayıb.
Elman Nəsirov bildirib ki, ABŞ Prezidenti Azərbaycan dövlətinin başçısının iqtisadiyyatı şaxələndirmək siyasətini həyata keçirdiyini qeyd edir, bu siyasəti dəstəklədiyini vurğulayır, eyni zamanda, Azərbaycan Prezidentinə buna görə təşəkkür edir. Bu, o deməkdir ki, ABŞ Prezidentinə Azərbaycandakı proseslərlə bağlı ətraflı məlumat verilib və o, görülən işlərdən xəbərdardır. Həmçinin məktubda diqqəti cəlb edən ən mühüm tezislərdən biri də ikitərəfli münasibətlərin gələcəyi ilə bağlıdır. Prezident Donald Tramp məktubunda qeyd edir ki, ikitərəfli münasibətlərin inkişafı ilə bağlı Azərbaycanla təhlükəsizlik, iqtisadi əməkdaşlıq və siyasi dialoq sahəsində əlaqələri daha da genişləndirmək niyyətindədir. Yəni, artıq Azərbaycanla münasibətlərin təkcə genişləndirilməsi ilə deyil, həm də hansı prioritet istiqamətlər üzrə genişləndirilməsi də məktubda öz əksini tapıb.
Milli Məclisin deputatı bildirib ki, təhlükəsizlik, iqtisadi əməkdaşlıq və siyasi dialoq olduqca vacib məqamdır. Bu məktubun təhlili zamanı bir məqamı da xüsusi qeyd etməyə dəyər. Bu da onunla bağlıdır ki, ABŞ Prezidenti Azərbaycanla yeni, faydalı biznes əlaqələrini qurmaq və genişləndirmək niyyətini ortaya qoyub. Bu məsələyə təkcə Prezident Trampın mövqeyi kimi yox, həm də nəhəng biznes imperiyası yaratmış bir şəxsin fikri kimi yanaşmaq lazımdır. Nəhəng biznesi olan Donald Tramp çox gözəl bilir ki, faydalı biznes əlaqələri hansı dövlətlərlə qurula bilər və hansı dövlətlər bu baxımdan münasib sayılır. O dövlətlər münasib dövlətlər sayılır ki, onlarda sabitlik, təhlükəsizlik və inkişaf olsun. Təbii ki, Tramp Azərbaycanla faydalı biznes əlaqələrini genişləndirməkdə maraqlı olduğunu ifadə edərkən Azərbaycanın sabit, təhlükəsiz və inkişaf edən ölkə olduğunun fərqindədir. Həm də o, çox gözəl bilir ki, sabitliyin təminatının iki yolu var: Birincisi, bu, inzibati, müvəqqəti yoldur, onun perspektivi yoxdur. İkincisi isə bu, xalq ilə hakimiyyətin birliyindən yaranmış sabitlikdir. Təbii ki, Trampın komandası - xarici siyasətçilər və mütəxəssislər ona belə bir məlumat təqdim ediblər ki, Azərbaycanda əsaslı, yəni, xalq və hakimiyyətin birliyi fonunda yaranmış sabitlik var. Ona görə də Azərbaycan sabit ölkədir və bu ölkə ilə əlaqələri genişləndirməyə dəyər. Bunlar çox vacib məqamlardır.
“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələdə Donald Trampın mövqeyi Azərbaycan üçün önəmli məsələdir. Bu məsələ də məktubda öz əksini tapıb və ABŞ-ın həmsədr olaraq bu münaqişənin həllində qətiyyətli mövqeyi ortaya qoyulub. Eyni zamanda, ABŞ Prezidenti Azərbaycanla əlaqələrin istiqaməti ilə bağlı məqamlara toxunarkən, yəni, iqtisadi əməkdaşlıq və siyasi dialoqdan bəhs edərkən birinci yerdə təhlükəsizlik məsələlərini qeyd edir ki, bu da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində yeni administrasiyanın fəal, daha çevik siyasət həyata keçirmək niyyətinin bir ifadəsi kimi dəyərləndirilə bilər. Bütün bunları yekunlaşdırıb belə bir qənaətə gəlmək olar ki, ABŞ-ın yeni administrasiyası özünün dialoq siyasətinə yenidən baxmaq və regionun həlledici, lider dövləti olan Azərbaycanla müxtəlif istiqamətlərdə əlaqələri daha da genişləndirmək xəttinə sadiq olacağı fikrini ortaya qoyub. Artıq bu nöqteyi-nəzərdən düşünmək olar ki, Vaşinqton-Bakı münasibətlərində yeni səhifə açılmaqdadır”, - deyə E.Nəsirov vurğulayıb.
Fuad




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
KTMT-nin Ermənistan problemi: Azərbaycan-Belarus əməkdaşlığına rəsmi İrəvanın qısqanclığı
17.11.2018
Parisin qeyri-adekvat siyasəti Fransanın ATƏT Minsk qrupunda iştirakını şübhə altına alır
16.11.2018
Humanist addıma kölgə salmaq istəyənlər uğursuzluğa məhkumdur
16.11.2018
İlqar Orucov: Bu gün Azərbaycanı dünyada uğurla təbliğ edən yüksək hazırlıqlı gənclər ordusu formalaşıb
16.11.2018
Koordinasiya Şurası Türkiyə Səfirliyi ilə əməkdaşlığı genişləndirir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info