GUAM ölkələrinin nümayəndələri Naxçıvana gəlib
Tarix: 02.06.2017 | Saat: 18:50:00 | E-mail | Çapa göndər


Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova gömrük xidməti nümayəndələri GUAM-ın Ticarətə və Nəqletməyə Yardım Layihəsinin Rəhbəredici Komitəsinin sayca 26-cı iclasında iştirak etmək üçün Naxçıvana gəliblər.
AZƏRTAC xəbər verir ki, səfər proqramının ilk günündə qonaqlar ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstələri qoyub, Heydər Əliyev Muzeyini ziyarət ediblər.
Qonaqlar Şahtaxtı və Sədərək sərhəd-keçid məntəqələrinin iş prinsipi və fəaliyyəti ilə də tanış olublar. İritonnajlı avtomobillərlə daşınan yüklərə gömrük nəzarətini həyata keçirmək məqsədilə sərhəd-keçid məntəqələrində qurulan “X-Ray” tipli rentgen nəzarət qurğularının və gömrük anbarlarının fəaliyyəti ilə yaxından maraqlanan gömrük xidməti nümayəndələri muxtar respublikada müasir gömrük infrastrukturunun formalaşdırılmasının onlarda yüksək təəssürat yaratdığını bildiriblər.
Sədərək Gömrük İdarəsi üçün yeni qurulan müasir gömrük kompleksinin layihəsi və bu istiqamətdə görülən tikinti-quruculuq işləri ilə də tanış olan qonaqlar indi dünyada belə nəhəng və müasir gömrük məntəqələrinin az-az tikildiyini vurğulayıblar.
Duzdağ Fizioterapiya Mərkəzinin fəaliyyəti ilə tanışlıq zamanı məlumat verilib ki, 350 yerlik xəstəxanada havanın temperaturu 18-20 dərəcə, nisbi rütubət isə 24-50 faiz arasında dəyişir. Müalicə turizminin inkişafı baxımından mühüm əhəmiyyət daşıyan mərkəzə dünyanın bir çox ölkələrindən müraciətlər olur.
Qonaqlar “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi ilə də tanış olublar.
GUAM ölkələrinin gömrük xidməti nümayəndələrinə Naxçıvan Biznes Mərkəzində muxtar respublikanın sosial-iqtisadi inkişaf göstəriciləri barədə məlumat verilib. Bildirilib ki, bu gün muxtar respublikada 367 növdə məhsul istehsal edilir. Bu məhsulların 121 növü ərzaq, 246 növü qeyri-ərzaq məhsullarıdır. 107-si ərzaq, 237-si qeyri-ərzaq olmaqla, 344 növdə məhsula olan tələbat tamamilə daxili imkanlar hesabına ödənilir.
Ağbulaq İstirahət Mərkəzi ilə də tanış olan qonaqların Batabat yaylağında gəzintisi təşkil olunub.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info