Beynəlxalq Memarlar İttifaqının II Region seksiya üzvləri prezidentlərinin müşavirəsi keçirilib
Tarix: 02.06.2017 | Saat: 19:19:00 | E-mail | Çapa göndər


İyunun 2-də Bakıda, Heydər Əliyev Mərkəzində Beynəlxalq Memarlar İttifaqının II Region seksiya üzvləri prezidentlərinin müşavirəsi keçirilib. Tədbir Beynəlxalq Memarlar İttifaqı, Heydər Əliyev Fondu, Heydər Əliyev Mərkəzi və Azərbaycan Memarlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilib.
Müşavirədən əvvəl iştirakçılar Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını ziyarət ediblər. Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman oğul və qızlarımızın məzarları ziyarət olunub.
Tədbir iştirakçıları Azərbaycan memarlarının layihələrini, eləcə də Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizdə yerləşən və erməni terroruna məruz qalan tarixi abidələrimizi əks etdirən fotosərgiyə baxıblar.
Müşavirəni açan Azərbaycan Memarlar İttifaqı idarə heyətinin sədri Elbay Qasımzadə ölkəmizdə bu sənət növünün keçdiyi inkişaf yolundan danışıb. Bildirib ki, memarlığın inkişafı dövlətimizin başçısı İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın daim diqqət mərkəzindədir. Bu gün Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycanda və dünyanın bir sıra ölkələrində tarixi memarlıq abidələri bərpa edilir.
Elbay Qasımzadə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Memarlar İttifaqının fəxri üzvü seçildiyini diqqətə çatdırıb. O, həmçinin deyib ki, Mehriban Əliyeva Azərbaycan memarlıq irsinin qorunub saxlanılmasında fəaliyyətinə və bu sahəyə verdiyi töhfələrə görə “Akademik Mikayıl Hüseynov” xatirə medalı ilə təltif olunub.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev müşavirədə çıxış edərək dövlətimizin memarlığın inkişafına dəstəyindən danışıb. Bildirib ki, bu dəstək sayəsində hazırda ölkəmizdə memarlıq intibah dövrünü yaşayır. Azərbaycanda yeni, müasir binaların tikintisi ilə bərabər, qədim memarlıq abidələrinin təmir və bərpası da diqqət mərkəzində saxlanılır. Ulu öndər Heydər Əliyev hələ keçmiş Sovet İttifaqı dövründə Azərbaycanda gözəl memarlıq nümunələrinin yaradılmasına xüsusi diqqət ayırırdı. Bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva bu işi uğurla davam etdirirlər. Heydər Əliyev Fondu nəinki Azərbaycanda, xarici ölkələrdə də tarixi memarlıq abidələrinin bərpası işini həyata keçirib.
Tədbir müzakirələrlə davam edib.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info