Bakıda uşaq əməyinin istismarının aradan qaldırılması müzakirə olunub
Tarix: 02.06.2017 | Saat: 19:51:00 | E-mail | Çapa göndər


Uşaqların həyat və sağlamlığına, onların mənəviyyatına təhlükə törədə biləcək fəaliyyətə cəlb edilmələri qanunla qadağandır və uşaq əməyinin istismarı hallarının aradan qaldırılması sahəsində ölkəmizdə fəal siyasət aparılır.
 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu fikir Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən Bakının Nəsimi rayonundakı 211 saylı orta məktəbdə yuxarı sinif şagirdləri üçün “Uşaq əməyinin istismarı və məcburi əməyə cəlbetmə hallarına qarşı mübarizə” mövzusunda təşkil olunan maarifləndirmə tədbirində vurğulanıb.
 
Tədbirdə Dövlət Əmək Müfəttişliyi Xidmətinin və xidmətin 4 saylı region (Nəsimi və Səbail rayonları) üzrə Dövlət Əmək Müfəttişliyinin, Nəsimi rayon Polis İdarəsinin yetkinlik yaşına çatmayanlarla iş üzrə bölməsinin, ayrı-ayrı işəgötürənlərin nümayəndələri, qeyd olunan orta məktəbin rəhbər şəxsləri, müəllimləri, yuxarı sinif şagirdləri iştirak edib.
 
Qeyd olunub ki, milli qanunvericilikdə uşaq əməyinə münasibət mütərəqqi beynəlxalq sənədlərin normalarına əsaslanır. Ölkəmizin Əmək Məcəlləsinə əsasən, uşaqların işə qəbul edilməsi üçün minimum yaş həddi 15 yaşdır və bu yaş dövrünədək hər hansı uşağın əmək münasibətlərinə cəlb edilməsi qadağandır. Qanunvericilik əmək şəraiti ağır, zərərli olan iş yerlərində, yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə, habelə əxlaqi kamilliyinin inkişafına mənfi təsir göstərən iş yerlərində yaşı 18-dən az olan şəxslərin əməyinin tətbiqini qadağan edir. İşçilərin yaşı 18-dən az olduğu hallarda   əmək şəraiti, iş və əmək məzuniyyəti vaxtı, müddəti və s. ilə bağlı onlara əlavə təminatlar, güzəştlər də verilir. Belə işçilərlə əmək müqaviləsi bağlayarkən onların əmək və peşə vərdişlərinin artırılması üçün işəgötürən tərəfindən təmin edilməli olan əlavə şərtlər, öhdəliklər nəzərdə tutulmalıdır. Eyni zamanda həmin işçilərin iş günü ərzində peşə hazırlığına sərf etdikləri vaxt işəgötürənin razılığı ilə iş vaxtı kimi nəzərə alınır. 
 
Tədbirdə uşaq əməyinin istismarı və məcburi əməyə cəlbetmə hallarına qarşı mübarizə, əmək münasibətləri sahəsində uşaq hüquqları, yaşı 18-dən az olan şəxslərlə əmək münasibətlərinə dair əmək qanunvericiliyində əksini tapan müddəalar barədə iştirakçılara geniş məlumatlar verilib. Dövlət Əmək Müfəttişliyi Xidmətinin əmək hüquqlarının müdafiəsi sahəsində gördüyü işlər də diqqətə çatdırılıb. 
Tural




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info