Ticarət obyektləri hansı tələblərə cavab verməlidir?
Tarix: 24.04.2013 | Saat: 22:08:00 | E-mail | Çapa göndər


Realizə olunan malların standartlara uyğunluğunu, keyfiyyətli və təhlükəsiz olmasını təmin etməklə yanaşı, ticarət obyektlərinin özlərinin müəyyən olunmuş zəruri tələblərə cavab verməsi də vacib amillərdəndir. Bu məqsədlə ticarət, ictimai iaşə və digər növ xidmət obyektlərinin modernləşdirilməsi və texniki cəhətdən yenidən qurulması istehlakçıların hüquqlarının müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Məlum olduğu kimi, ölkədə gedən sürətli inkişaf bu tip obyektlərin də getdikcə modernləşməsinə təkan verib. Hər gün respublikada yeni-yeni obyektlər açılır, rekonstruksiya olunur və müştəriləri özlərinə cəlb etmək üçün müxtəlif təkmilləşdirmələrə əl atırlar. Lakin təəssüflər olsun ki, bəzi obyekt sahibləri bu tendensiyadan kənarda qalmaqla fəaliyyətini müasir dövrün tələblərinə uyğunlaşdıra bilmir.
Təbii ki, istehlakçıların əksəriyyəti bu kimi obyektlərdən alış-veriş etməkdən qaçır. Ancaq bir sıra amillər, o cümlədən yaxınlıq və qiymətlərin nisbətən ucuzluğu hələ də bu obyektlərlərin işinə yarayır. İstehlakçılar bilməlidir ki, saxlama və temperatur rejiminə əməl edilməməsi, mal qonşuluğu prinsipinin pozulması və s. kimi halların geniş vüsət alması həmin malların keyfiyyətsiz və zəruri tələblərə cavab verməməsinin göstəricisidir. Ona görə də, belə obyektlərdən mal almamaq ən doğru qərar hesab oluna bilər. Belə olduqda həm öz sağlamlığınızın qayğısına qalmış olursunuz, həm də həmin obyektləri modernləşməyə təhrik etmiş olursunuz.
Ümumiyyətlə, modern ticarət, ictimai iaşə və digər xidmət obyektləri necə olmalıdır? Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti analoji obyekt sahiblərinin nəzərinə çatdırır ki, modern ticarət, ictimai iaşə və digər xidmət obyektləri, birinci növbədə, geniş, səliqəli, yaxşı işıqlandırılmış, gözəl dizayna malik, müasir avadanlıqlarla təchiz olunmuş olmalıdır. Mağazalar ən müasir soyuducu, dondurucu, ticari və anbarlama avadanlıqları, malların yığılma və saxlanması üçün müasir texnoloji yeniliklərlə təchiz olunmalıdır. Özünəxidmət obyektləri kifayət qədər inventar səbətləri, maqqaşlar və müştərilərin mal seçməsi üçün lazım olan qədər inventarlarla təmin edilməlidir. Məhsulların keyfiyyətli saxlama zəmanəti olmalı, keyfiyyətə ciddi nəzarət edilməli, saxlama, emal və satışın sanitar və gigiyenik normalarına ciddi nəzarət edilməli, yararlılıq müddəti keçməkdə olan malların satışına dair vaxtında tədbirlər görülməlidir. Eyni zamanda bu tip obyektlərdə adekvat sayda ştrix-kodları oxuma sistemi ilə təchiz olunmuş kassa qovşağının olması, bank terminallarının quraşdırılması və ödənişlərin kredit kartları vasitəsilə ödənilməsi imkanlarının yaradılması da vacibdir.
Bu tip obyektlərin strateji məqsədləri sırasında həmçinin kifayət qədər müxtəlif çeşiddə və yüksək keyfiyyətdə malların təklifi, istehlakçı üçün sərfəli qiymətlər, yüksək səviyyəli xidmət imkanları yer alır. Bundan əlavə məhsulların alıcılara maksimal yaxınlığı, yayılma ərazisinin genişləndirilməsi də bu tip obyektlərin əsas hədəflərindən olmalıdır.
Bu obyektlərin imicini müəyyən edən faktorlardan biri də obyektin dizaynı ilə bağlıdır. Obyektlərin vitrinlərinin və piştaxtalarının tərtibatına, işıqlandırılmasına xüsusi diqqət yetirilməlidir. Ona görə də obyekt sahibləri yuxarıda qeyd olunanlarla yanaşı, onun dizaynına da xüsusi fikir verməlidir. Standartlara görə, ticarət obyektlətində avadanlıqlar, təqdim olunan malların qarşısını almaması üçün hündür olmamalıdır. Kassaya yaxınlaşmaq rahatlığı nəzərə alınmalıdır. Bunun üçün bir qayda olaraq kassanın yeri alış-verişin qablaşdırılması yeri ilə bitişik olmalıdır.
Qeyd olunanlarla yanaşı, bu tip ticarət obyektlərində bir sıra xidmətlərin olması zəruridir. Bura, şəxsi əşyaları saxlama dolabı, bazarlıq torba və arabaları, bölmələrin yerləşmə sxemi və göstəriciləri, ticari qurğular arasından keçid rahatlığı, qablaşdırma paketləri, ticarət zalında sanitar normalara uyğun işıqlandırma, temperatur rejimi, səliqə-sahman və s. kimi xidmətlər daxildir.
Bundan əlavə, keyfiyyətsiz məhsulların geri qaytarma imkanı, əlverişli iş rejimi, təcrübəli və peşəkar heyət, personalın vahid və səliqəli uniforma ilə təmin olunması kimi məsələlər də bu obyektlər üçün zəruri sayılır. Bir çox hallarda istehlakçıların hüquqlarının pozulmasına satıcı və ya kassir-nəzarətçi personalının qeyri-peşəkar fəaliyyəti birbaşa təsir göstərir. Odur ki, satıcılıq mədəniyyətinin yüksəldilməsi, normal satıcı-alıcı dialoqunun qurulması olduqca vacib məsələlərdəndir. Bu zərurətdən irəli gələrək, satıcılar və kassir-nəzarətçilər üçün təlim kursları və seminarların təşkilinin, marifləndirmə və təlimləndirmə tədbirlərinin davam etdirilməsi məqsədəuyğun hesab edilir.
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti bu sahədə müvafiq tədbirləri davam etdirməklə yanaşı, sahibkarlıq subyektlərinə də qeyd edilən istiqamətlərdə təkmilləşdirmələr aparılmasını tövsiyə edir.
Təqdim etdi: İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10132

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info