İraq səfiri və İraq Şimal Neft Şirkətinin prezidenti ADNSU-da olublar
Tarix: 02.06.2017 | Saat: 21:53:00 | E-mail | Çapa göndər


Bu gün Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı İraqın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Dr. Fadhil Awad Jebur al-Shuwai və 24-cü Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi çərçivəsində ölkəmizdə olan İraq Neft Nazirliyinin Şimal Neft Şirkətinin prezidenti Farid J.Sadik Al-Jadir ilə görüşüb.
İki ölkə arasındakı əməkdaşlığın və təhsil sahəsindəki əlaqələrin müzakirə oldunduğu görüşdə iraqlı gənclərin ADNSU-da təhsilə cəlb edilməsi və digər məsələlərdən danışılıb. Qonaqları universitetdə görməkdən məmnun olduğunu deyən rektor M.Babanlı ADNSU-da həyata keçirilən tədris prosesi, fakültələr və burada təhsil alan iraqlı tələbələr haqqında məlumat verib. İllər üzrə ADNSU-da təhsil almış tələbələrin statistikası haqqında açıqlama verən rektor İraq səfirliyinin dəstəyi ilə hazırda universitetdə 88 nəfər iraqlı tələbənin təhsil aldığını qeyd edib. Rektor onlardan 76 nəfərin hazırlıq bölməsində, 10 nəfərin bakalavr, 2 nəfərin isə doktorantura səviyyəsində təhsil aldığını vurğulayıb.
“Hazırda universitetimizdə 3 dildə tədris aparılır. Əvvəlki illərlə müqayisədə 2016/2017-ci tədris ilindən univeristetdə təhsil alan iraqlı tələbələrin sayı artıb. Onu da qeyd edim ki, ADNSU-da təkcə neft deyil, eyni zamanda sənayenin digər sahələri üzrə də kadr hazırlığı həyata keçirilir. Biz hər zaman neft ölkəsi kimi İraqın bizim universitetlə əlaqələrini yüksək qiymətləndiririk. İstəyirik ki, sizin ölkənizə lazım olan proqramlar əsasında mütəxəssis hazırlayaq, buna görə də biz birlikdə bu proqramları hazırlamalıyıq”- deyə rektor M.Babanlı qeyd edib. Prof. M.Babanlı ADNSU-nun İraqda tanınması yönündə göstərdiyi dəstəyə görə cənab səfirə təşəkkürünü bildirib.
Səfir Dr. Fadhil Awad Jebur al-Shuwai Müqəddəs Ramazan bayramı münasibətilə ADNSU kollektivini təbrik edib. ADNSU tərəfindən iraqlı tələblərə qarşı yüksək diqqət və qayğı gördüyünü deyən səfir bu universitetin İraq üçün böyük əhəmiyyəti olduğunu vurğulayıb.
ADNSU ilə əməkdaşlığa daim böyük önəm verdiyini qeyd edən səfir gələcəkdə bu ali məktəbdə təhsil alan iraqlı tələbələrin sayının daha da artacağına inandığını bildirib.
İraq neft Nazirliyinin Şimal Neft Şirkətinin prezidenti F.Sadik Al-Jadir ADNSU kimi nüfuzlu ali təhsil müəssisəsinin kollektivi arasında olmaqdan məmnun olduğunu deyib. İraqın Neft Nazirliyinin Azərbaycanın bu sahədəki nüfuzlu universitetləri ilə əməkdaşlıqda maraqlı olduğunu qeyd edən F.Sadik Al-Jadir bu əlaqələrin gələcəkdə inkişafı üçün əllərindən gələn dəstəyi göstərməyə hazır olduqlarını bildirib.
Sonra qonaqlar ADNSU-nun nəzdində fəaliyyət göstərən Fransa-Azərbaycan Universitetini ziyarət edib.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur
16.11.2018
“Azərbaycanda hakimlərin sayı azdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info