Moskva- Pekin-Dehli alyansı reallaşa bilərmi?
Tarix: 02.06.2017 | Saat: 23:42:00 | E-mail | Çapa göndər


Moskvanın Pekinlə münasibətlərindən narahat olan Dehli Çinin Pakistanda möhkəmlənməsini də istəmir

Sankt Peterburqda Rusiya-Hindistan birgə sammiti keçirilib. Bu, artıq iki ölkə rəhbəri arasında son üç ildə keçirilən beşinci görüşdür. Qeyd edilməlidir ki, son illər iki ölkə arasındakı münasibətlərdə nəzərə çarpan tərəqqi göz qabağındadır. Lakin son dövrlərdə bu münasibətlərdə müəyyən problem yaranıb - Hindistan Rusiyanın Çinlə olan münasibətlərindən narahatdır. Moskva, Pekin və Dehli Avrasiyada birgə əməkdaşlıq üçün ümumi bir düstur tapmağa çalışırlar. Hazırda yüksək səviyəyə çatan Rusiya-Çin münasibətləri dolayısı ilə olsa da Hindistan ilə münasibətlərə təsir etməyə başlayıb. Bu, nədən qaynaqlanır? İlk olaraq qeyd edilməlidir ki, Hindistan Çinə qarşı çox qısqanclıq nümayiş etdirir. Dehli Çini potensial rəqibi olan Pakistanın müttəfiqi kimi görür. Xatırladaq ki, Çinlə Hindistan arasında narazılıq ötən əsrin 50-ci illərində Pekinin Tibet üzərində tam nəzarətini bərpa etdikdən sonra başlayıb. Qeyd edək ki, Britaniyanın müstəmləkə siyasəti nəticəsində iki dövlət arasında Himalayda həll edilməmiş ərazi problemləri qalıb. Bu problem iki dövləti ötən əsrin 60-cı illərində hərbi münaqişə ilə də üzləşdirib. Məhz dağlıq ərazilərdə davam edən bu müharibə ölkələr arasında əlaqələrin bərpa edilməsinə də mənti təsirini göstərib. Xatırladaq ki, Moskva ilə Pekin arasında münasibətlərin pozulması da məhz həmin illərə təsadüf edir. Yenə də ötən əsrin 70-ci illərdə ABŞ-la yaxınlaşan Çin Sovet İttifaqını özünə açıq rəqib kimi görürdü. Unudulmamalıdır ki, bu illər ərzində SSRİ ilə Hindistan ərasında yaxınlaşma daha da irəli gedirdi. Amma ötən əsrin 90-cı illərində məhz Moskvada üç ölkənin birgə ittifaqını yaratmaq ideyası meydana gəldi. “Moskva – Pekin – Dehli” birgə alyansının davamı kimi isə Braziliya da daxil olmaqla daha sonralar BRİKS meydana gəldi. Doğrudur, üç ölkə arasında bəzi problemlər müşahidə edilsə də, ölkələr arasında ümumi maraqlar var. “Üçlük” ABŞ-ın bu ölkələrə yaxın əraziləridəki fəaliyyətinə etiraz etiraz edirlər. Onlar kənar oyunçu olmadan belə, Asiyada yaşanan hər hansı bir problemin həllini tapmağa qadir olduqlarını bildirilər. Onlar regiondakı problemin həlli üçün Şanxay Əməkdaşlıq Təşkilatı mexanizmini önə çəkirlər. Bu gün bütün dövlətlər üçün ən önəmli məsələ iqtisadi maraqlardır. Məhz bu mənada Pakistan da yeni İpək Yolunun ən əhəmiyyətli marşrutlarından birinə çevrilməkdədir. Çin Pakistanın Qvadar limanını yenidən qurulması üzərində çalışır. Çinin bu addımı Hindistanı qıcıqlandırır. Qeyd edək ki, elə buna etiraz olaraq Hindistan Pekində keçirilən “bir kəmər, bir yol” konfransına qatılmamışdı. Rusiya isə iki ölkə arasındakı münasibətlərdə bir növ vasitəçi rolunu oynamağa çalışır. Axı, Çin və Hindistanla əlaqələr Rusiya üçün çox vacibdir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
25.05.2019
Serj Sarkisyan gizlicə Koçaryanla görüşüb
25.05.2019
Erməni ordusuna ayrılan sabunlar Gümrüdəki bazarda satılır
24.05.2019
ABŞ-ın Türkiyəyə C-400 və sanksiya hədəsində FETO izi
24.05.2019
“Daşnaksütyun“ Paşinyanın istefasını tələb edəcək
24.05.2019
Çinin xarici işlər naziri ilk dəfə Gürcüstana səfərə gəlib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10788

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 …Hər sözdə vətən axtaran soydaşımız


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info