Bundestaq qondarma “erməni soyqırımı” qətnaməsinə görə peşman olub
Tarix: 02.06.2017 | Saat: 23:44:00 | E-mail | Çapa göndər


2016-cı ilin iyun ayında Bundestaq qalmaqallı qətnamə qəbul edərək 1915-ci ildə Osmanlı imperiyasında baş vermiş hadisələri “erməni xalqına qarşı soyqırım” hesab edəndə deputatlar bu qətnamənin təhlükəsizlik və terrorizmə qarşı mübarizə məsələlərinə necə təsir edə biləcəyi barədə düşünməmişdilər. AZƏRTAC yazır ki, Türkiyə hökuməti tarixi həqiqətlərə zidd olan bu biabırçı qətnaməyə cavab tədbiri kimi, Almaniya parlamentarilərinin “İncirlik” aviabazasında xidmət keçən Bundesver hərbi qulluqçularına baş çəkməyin qadağan edilməsi şəklində sanksiya tətbiq etdi. Türkiyənin “İncirlik” aviabazasının uçma-enmə zolağının uzunluğu 3048 metrdir. Vaşinqton ilə Ankara arasında əldə edilmiş xüsusi razılaşmaya uyğun olaraq, bu bazadan əsasən Amerika Hərbi Hava Qüvvələri istifadə edir. “Soyuq müharibə” illərində Sovet İttifaqı səması üzərində uçuşlar keçirən U-2 kəşfiyyat təyyarələri məhz buradan havaya qalxırdı. 1958-ci ildə Livan böhranı dövründə burada ABŞ Hərbi Hava Qüvvələrinin 150-yə yaxın döyüş təyyarəsi vardı, 2001-ci il 11 sentyabr terror aktlarından sonra isə “İncirlik” Amerika qoşunlarının Əfqanıstanda və İraqda, habelə 2015-ci ilin iyul ayından Suriyada keçirdikləri əməliyyatlarda onları təchiz etmək və dəstəkləmək üçün əsas bazaya çevrildi.
2015-ci ilin dekabr ayında Parisdə törədilmiş terror aktlarından sonra Almaniya Bundestaqı terrorçu “İslam dövləti” qruplaşmasına qarşı silahlı mübarizə aparan beynəlxalq koalisiyaya qoşulmağı qərara aldı. Bir ay sonra “İncirlik” bazasına xüsusi optik avadanlıqlarla təchiz edilmiş altı ədəd “Tornado” kəşfiyyat təyyarəsi və bir ədəd “Airbus A310 MRTT” yanacaqdoldurma təyyarəsi göndərildi. Hazırda bu aviabazada pilotlar da daxil olmaqla Bundesverin 268 hərbi qulluqçusu var. AFR Müdafiə Nazirliyinin bu bazadakı qərargahı, alman uçuş zonasının avadanlığı, təminat sistemləri və yaşayış binaları ilə bağlı xərcləri təqribən 65 milyon avro olub.
Almaniya dövlətində qəbul edilmiş qaydaya görə, deputatlar başqa ölkələrə ezam edilmiş əsgərlərə baş çəkirlər. Bundesveri “parlament ordusu” adlandırırlar, çünki hökumət sülhməramlı, hərbi xarakterli, asayişin dəstəklənməsi ilə bağlı və ya sırf humanitar missiyaları yerinə yetirmək üçün əsgərləri xaricə yalnız Bundestaqın icazəsi ilə göndərə bilər. Bu səbəbdən, deputatlar “öz əsgərləri” üçün yüksək məsuliyyət hiss edir və Vətəndən uzaqlarda xidmət çəkənlərə mütəmadi baş çəkməyi özlərinə borc hesab edirlər.
2016-cı ilin yayında Türkiyədə xaricdən inspirasiya edilmiş dövlət çevrilişi cəhdindən sonra problemlər daha da çoxaldı. Almaniyada səbəb ilə nəticəni yenə dolaşıq saldılar və residivlərin kökünü kəsməyə yönəlmiş tədbirlərə görə Prezident Rəcəb Tayyib Ərdoğanı tənqid etməyə tələsdilər, eyni zamanda AFR-də olan satqın türkiyəli hərbi qulluqçulara siyasi sığınacaq verdilər.
Nəticədə alman parlamentarilərinin “İncirlik” bazasına səfərləri bir-birinin ardınca qadağan edildi. Deputatlar hiddətləniblər. İndi onlar alman kontingentinin başqa ölkəyə dislokasiya olunmasını tələb edirlər, amma bunun beynəlxalq koalisiya üçün və bütövlükdə NATO üçün hansı nəticələrə gətirib çıxara biləcəyini yenə anlamırlar.
Lakin parlamentarilərin “öz ordusu” barədə sərəncam vermək imkanları məhduddur. Onlar “İncirlik” üçün hökumətə əvvəl verilmiş mandatı ləğv edə bilərlər, lakin bu sənədi dəyişdirməyə, məsələn həmin kontingentin Türkiyədən hər hansı başqa bir ölkəyə dislokasiya etməyə ixtiyarları yoxdur. Deputatlar həmin mandatı ləğv etmək istəmirlər, hesab edirlər ki, Bundesverin beynəlxalq antiterror koalisiyada iştirak etməsi düzgündür, bu missiyanı davam etdirmək lazımdır. Buna görə onlar AFR-in müdafiə naziri Ursula fon der Lyayendən tələb edirlər ki, o, Almaniya Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrin, pilotların və xidmət heyətinin Türkiyənin “İncirlik” bazasından başqa bir ölkəyə dislokasiya olunması planını təsdiq üçün Bundestaqa təqdim etsin. Lakin onlar yenə məhz hansı ölkədən söhbət getdiyini fikirləşməyiblər.
Bir sözlə, Almaniya özünü çıxılmaz vəziyyətə salıb. Gördüyünüz kimi, deputatların qəbul etdiyi bir məsuliyyətsiz qətnamə ordu üçün belə mürəkkəbliklər yarada bilərmiş.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 “Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info