Gürcüstan vasitəsilə Azərbaycanın daxili işlərinə müdaxilə cəhdi iflasa uğradı
Tarix: 03.06.2017 | Saat: 00:10:00 | E-mail | Çapa göndər


Əfqan Muxtarlının qeyri-qanuni fəaliyyətinin qarşısının alınması və onun məsuliyyətə cəlb olunması antiazərbaycan şəbəkənin əsl simasını, bu prosesin iştirakçılarını ifşa etdi - ən çox hay-küy salan ermənilərdir

İqtisadi inkişaf, keçirilən nüfuzlu beynəlxalq tədbirlər, ölkəmizə axışan turistlər bir daha təsdiqləyir ki, Azərbaycan, nəinki regionun, eləcə də dünyanın ən sabit və təhlükəsizik ölkələrindən biridir. İslam Həmrəyliyi kimi 50-dən çox dövlətin nümayəndəsinin qatıldığı nüfuzlu turnirə ev sahibliyi edən ölkəmiz yaxın günlərdə Formula 1 yarışını da yüksək səviyyədə keçirməyə hazırlaşır.

Bu tədbirləri təşkil etmək üçün ölkənin iqtisadi cəhətdən inkişaf etmiş olması ilə yanaşı, ölkədə sabitliyin olması, təhlükəsizliyin ən yüksək səviyyədə təmin olunması əsas şərtlərdən biridir. Cənubi Qafqaz regionu və dünyanın ən sabit və təhlükəsiz ölkələrindən biri olan Azərbaycan Ermənistan istisna olmaqla bütün region ölkələri ilə qarşılıqlı maraqlara, əməkdaşlıq və tərəfdaşlıq prinsiplərinə əsaslanan mehriban qonşuluq siyasəti həyata keçirir. Azərbaycanın Gürcüstanla münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. İki dövlətin əməkdaşlıq sferası kifayət qədər genişdir. Azərbaycan bir çox dünya səviyyəli layihələr həyata keçirir. Azərbaycanın strateji tərəfdaşı olan Gürcüstan isə qlobal enerji və nəqliyyat layihələrinin həyata keçirilməsində yaxından iştirak edən ölkədir. İki dövlət arasına siyasi-iqtisadi-mədəni sahədə sıx əlaqələr formalaşıb. SOCAR şirkəti Gürcüstanın əsas investorlarından biridir. Gürcüstan və Azərbaycan xalqları, hər iki ölkənin liderləri arasında səmimi dostluq münasibətləri inkişaf edir.

Musa Qasımlı:
“Bu dəfə də belə cəhdlər uğursuz olacaq”


Amma Gürcüstanla Azərbaycan arasında olan sıx əlaqələr bəzi dairələrin yuxusunu ərşə çəkib. Ona görə də həmin dairələr bu əlaqələrə zərbə vurmaq üçün müxtəlif yolları əl atırlar. Heç şübhəsiz ki, bu dairələrin başında gələn Ermənistan və erməni lobbisidir. Azərbaycan torpaqlarını işğal edən Ermənistan regionda təklənib və öz işğalçılıq siyasəti nəticəsində iri iqtisadi layihələrdən kənarda qalıb. Ermənistan və erməni lobbisi Azərbaycanla Gürcüstan arasında olan sıx əlaqələri həzm edə bilmir. Onların əsas məqsədlərindən biri də iki dövlət arasında narazılıq yaratmaqdır. Bəzi xarici antiazərbaycan dairələr, xüsusilə də Ermənistan və erməni lobbisi uzun illərdir Gürcüstanla Azərbaycan arasında olan isti münasibətləri pozmağa və iki dost ölkə arasında gərginlik yaratmağa cəhd göstərir. Bununla bağlı həmin dairələr tərəfindən müxtəlif məkrli planlar həyata keçirilir. Belə ki, həmin qüvvələr Gürcüstan ərazisini Azərbaycanın daxili işlərinə müdaxilə məqsədilə plasdarma çevirərək öz çirkin niyyətlərini reallaşdırmağa çalışırlar. Prosesləri yaxından izləyəndə aydın olur ki, Gürcüstan ərazisi antiazərbaycan qüvvələr, Ermənistan və erməni lobbisi tərəfindən maliyyələşdirilən antimilli ünsürlərin fəaliyyət meydanına çevrilib və Azərbaycan qarşı istifadə olunur. Azərbaycana və Gürcüstan hakimiyyətləri, hüquq mühafizə orqanlarının birgə səyləri nəticəsində həmin antiazərbaycan şəbəkəsi, onu dəstəkləyən dairələr, maliyyə təminatı və digər bu kimi məsələlər ifşa edilib, bu təxribatçı fəaliyyətin qarşısının alınması üçün konkret tədbirlər həyata keçirilir. Elə Əfqan Muxtarlının qeyri-qanuni fəaliyyətinin qarşısının alınması və onun məsuliyyətə cəlb olunması antiazərbaycan şəbəkənin əsl simasını, bu prosesin iştirakçılarını ifşa etdi. Burada bir məqama diqqət etmək lazımdır. Bir neçə gündür Ermənistan mediası bütün işini-gücünü ataraq ancaq Muxtarlı ilə bağlı yazılar dərc edir.

Həm Gürcüstan hakimiyyəti, həm də bu ölkənin vətəndaşları olanların antiazərbaycan qüvvələrin, erməni lobbisinin Azərbaycana qarşı növbəti təxribat oyunu olduğunu görür və təxribata uymur

Ermənistanın xəbər məkanında dövr edən əsas xəbər Əfqan Muxtarlı ilə bağlıdır. Hətta Tevos Arşakyan adlı erməni ekspert dünən “ArmenianReport”da yayılan məqaləsində bildirir ki, Ermənistanın media məkanının 3 gündür ancaq Muxtarlı ilə bağlı məqalələr yaymasından təəcüblənib. Antiazərbaycan şəbəkəsinin ifşa olunmasının nəticəsidir ki, Ermənistan mediası və erməni lobbisinin təsir dairəsində olan xarici KİV-lər və təşkilatlar Əfqan Muxtarlını cidd-cəhdlə müdafiə etməyə, Azərbaycanın nüfuzunu ləkələməyə, habelə Gürcüstan hakimiyyətinə təzyiq göstərməyə çalışırlar. Ermənistan mediası Gürcüstandakı antiazərbaycan şəbəkənin dağıdılmasını “Gürcüstanın nüfuzuna xələl gətirən” hal, Azərbaycanın Gürcüstana qarşı “təxribatı” kimi qələmə verməyə cəhd göstərir. Bununla onlar iki ölkə və xalq arasında olan dostluq münasibətlərini pozmaq niyyətini güdürlər. Çünki onlar yaxşı başa düşürlər ki, bu proses onların Azərbaycana qarşı qurduqları planı alt-üst edib. Erməni lobbisinin ölkəmizə qarşı hazırladığı təxribatın üstünün açılması onları müxtəlif yalan məlumatlar yaymağa vadar edir. Ona görə də təbliğat vasitələrini işə salaraq iki ölkə və xalq arasında olan dostluq münasibətlərini pozmağa çalışırlar. Lakin bu gün həm Gürcüstan hakimiyyəti, həm də bu ölkənin vətəndaşları bütün bunların Azərbaycana qarşı növbəti təxribat oyunu olduğunu görür və təxribata uymurlar. Azərbaycanla Gürcüstan arasında strateji tərəfdaşlıq və dostluq münasibətlərinə xələl gətirmək istəyən qüvvələr tam əks mənzərə ilə rastlaşır və qərəzli bəyanatlar verməkdən başqa bir iş görə bilmirlər. Antiazərbaycan qüvvələrin Gürcüstan vasitəsilə Azərbaycanın daxili işlərinə müdaxilə etmək və siyasi proseslərə təsir göstərmək cəhdi iflasa uğradı. Millət vəkili, professor Musa Qasımlı APA-ya açıqlamasında deyib ki, son hadisələrlə bağlı olaraq Gürcüstanda bəzi qruplar tərəfindən Azərbaycan əleyhinə aparılan kampaniyanın, gürcü hakimiyyətinə edilən təzyiqlərin səbəbləri aydındır: “Məlum olduğu kimi, Azərbaycan və Gürcüstan dövlət orqanları tərəfindən Azərbaycan əleyhinə olan şəbəkənin ifşa olunması onlara vurulan ağır zərbə oldu. Azərbaycan və Gürcüstan arasında bütün sahələrdə mövcud olan sıx əməkdaşlıq münasibətləri regionda gərginliyin olmasında maraqlı görünən bəzi xarici ölkələr, xüsusən, Ermənistan tərəfindən hiddətlə qarşılanır və iki ölkə arasında qarşılıqlı münasibətləri pozmaq üçün müxtəlif yollara, böhtanlara baş vururlar, vəsaitlər xərcləyirlər. Hesab edirəm ki, indiyədək olduğu kimi, bu dəfə də belə cəhdlər uğursuz olacaq”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Bu tarixi bilmək lazımdır və ya keçmişin dərsləri
19.11.2018
Prezidentin Belarusa səfəri ölkələrimizin iqtisadi əlaqələrində yeni bir mərhələnin əsasını formalaşdırır
19.11.2018
Almaniyadakı azərbaycanlı alimlərin konfransı keçirilib
19.11.2018
İsveçrə Azərbaycanlıları Koordinasiya Şurasının toplantısı keçirilib
19.11.2018
Dövlət Komitəsinin nümayəndə heyətinin Amerikaya səfəri Vaşinqtonda davam edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info