Yeniyetmə və gənclər üçün vətənpərvərlik örnəyi
Tarix: 24.04.2013 | Saat: 22:16:00 | E-mail | Çapa göndər


Bu günlərdə ölkəmizin hər bir guşəsində Azərbaycanın dünyada tanınmış siyasət xadimi Heydər Əliyevin anadan olmasının 90 illiyilə bağlı silsilə tədbirlər təşkil edilməkdədir. Silahlı Qüvvələrimizin bütün birlik, birləşmə, hərbi hissə, xüsusi təyinatlı hərbi təhsil müəssisələri və digər hərbi kollektivlərində bir neçə gündür ki, yubiley tədbirlərinə start verilib. Belə təntənəli mərasimlərdən biri Cəmşid Naxçıvanski adına Hərbi Liseydə gerçəkləşib. Ümumiyyətlə, sovet hakimiyyəti illərində Azərbaycana uzun müddət rəhbərlik etmiş Heydər Əliyev ölkəmizin ictimai, iqtisadi, mədəni inkişafına misilsiz töhfələr verib.
Həmin dövrdə ölkəmizdə bir sıra nəhəng layihələrin, iri istehsal müəssisələrinin, mədəniyyət obyektlərinin tikintisi Heydər Əliyevin təşəbbüsü və nəzarəti ilə həyata vəsiqə qazanıb. Ümummilli liderin çoxşaxəli fəaliyyətində hərbi quruculuğa verdiyi önəm və bu istiqamətdə gördüyü misilsiz işlər xüsusi yer tutur. Ordunun dövlət üçün nə qədər önəmli bir struktur olduğunu daim öncədən görən və layiqincə qiymətləndirən görkəmli dövlət xadimi əslində hələ sovet dönəmində - respublikamıza rəhbər vəzifəyə gətiriləndən iki il sonra, yəni 1971-ci ildə böyük çətinlik və maneələri dəf edərək, Azərbaycan gənclərinin Silahlı Qüvvələrdə daha geniş təmsil olunması üçün cəsarətli bir addım atdı. Bu gün Cəmşid Naxçıvanski adına Hərbi Lisey kimi tanınan ixtisaslaşdırılmış orta hərbi məktəbin yaradılmasına nail oldu. İlk buraxılış zamanı bu məktəbi 49 nəfər bitirərək keçmiş SSRİ-nin ali hərbi məktəblərinə daxil oldu. Bu gün bu məktəbin yetirmələri Azərbaycan Silahlı Qüvvələrinin kadr ehtiyatının əsasını təşkil edirlər. Eyni zamanda azərbaycanlı gənclərin təhsil almaq üçün keçmiş Sovetlər Birliyinin ali hərbi məktəblərinə göndərilməsi də ümummilli liderin adıyla bağlı idi. Azərbaycan müstəqilliyini bərpa etdikdən bir müddət sonra xalqın istəyi və tələbilə hakimiyyətə qaytarılmış ümummilli lider Heydər Əliyevin bilavasitə rəhbərliyi altında ordu quruculuğu da geniş vüsət aldı. İqtisadi potensialını gücləndirən ölkəmizdə qısa zaman kəsiyində Silahlı Qüvvələrimiz böyük inkişaf yolu keçmiş, dövlət rəhbərliyinin qayğısı və diqqətilə onun maddi-texniki bazası xeyli yenilənmiş və genişləndirilmişdir. Ən başlıcası isə odur ki, Cənubi Qafqazın ən güclü ordusuna çevrilmiş Azərbaycan ordusunda öz Vətənini candan sevən və onun yolunda fədakarlığa hazır olan peşəkar hərbi qulluqçular yetişərək xidmət etməkdədirlər. Hər bir ordunun güc və potensialını, ilk növbədə, onun kadrları müəyyən edir. Ona görə ölkə rəhbərliyi zabit və gizir hazırlığına xüsusi diqqət yetirir. Hələ Heydər Əliyev Prezident olarkən Azərbaycanda hərbi təhsilin müasir dünya standartlarına uyğunlaşdırılması üçün bir sıra mühüm addımlar atıldı, hərbi məktəblərin maddi-texniki təminatı xeyli yüksəldildi. Məlum olduğu kimi, 1997-ci ilədək hərbi təhsil ocaqlarında təhsil keçmiş SSRİ-də mövcud olmuş sistemə uyğun təşkil edilmişdi. Ancaq həmin vaxtdan kursantlarımız qabaqcıl NATO ölkələrində qəbul edilmiş metodika əsasında hərbi bilik və təcrübə qazanırlar. Silahlı Qüvvələrin bütün qoşun növlərinin ixtisaslı kadrlarla təmin edilməsi dövlət rəhbərliyinin daim diqqətində olan məsələlərdəndir. Bu gün Azərbaycanın beynəlxalq standartlara cavab verən ali hərbi məktəblərində Quru Qoşunları, Hərbi Dəniz və Hərbi Hava Qüvvələri üçün peşəkar zabitlər hazırlanır. Hələ bir neçə il əvvəl dövlət rəhbərliyi qarşıya məqsəd qoymuşdu ki, ölkəmizin hərbi xərcləri Ermənistanın dövlət büdcəsindən artıq olmalıdır. 2010-cu ildə bu məqsəd reallığa çevrildi və Azərbaycan hərbi məqsədlər üçün 2 milyard 150 milyon dollar həcmində vəsait ayırdı ki, bu da Ermənistanın dövlət büdcəsindən çoxdur. Azərbaycanın hərbi sənaye kompleksi də fəaliyyətini genişləndirməkdədir və istehsal olunan hərbi təyinatlı məhsullar təkcə Silahlı Qüvvələrimizin ehtiyaclarını təmin etməyə yönəldilmir, həmçinin başqa ölkələrə Azərbaycan istehsalı olan silah və texnika kimi ixrac edilir. Bu, ölkəmizin qısa zaman kəsiyində əldə etdiyi nailiyyətdir. Bütün bu nailiyyətlər böyük öndərin ideyalarının gerçəkləşdirilməsi nəticəsində mümkün olub. Ümummilli lider Heydər Əliyevin ordu quruculuğu sahəsində göstərdiyi tarixi xidmətləri xalqımız layiqincə dəyərləndirir. Xüsusilə bugünkü Cəmşid Naxçıvanski adına Hərbi Liseydə hərbi xidmətin əlifbasını öyrənən kursantlar və bu məktəbin şinelindən çıxmış, Silahlı Qüvvələrimizin ayrı-ayrı qoşun növlərində müxtəlif vəzifələr tutaraq Vətənin müdafiəsini təşkil edən zabitlər Azərbaycan dövlətinin və dövlətçiliyinin qorunması yönündə göstərdiyi misilsiz xidmətə görə böyük öndəri ehtiramla yad edirlər. Ümummilli liderin anadan olmasının 90 illiyilə bağlı keçirilən təntənəli mərasim qeyd etdiklərimizi bir daha sübut edir. Tədbirdə çıxış edənlər Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması və tərəqqisində ümummilli lider Heydər Əliyevin böyük zəhmətindən, məktəbin yetirmələrinin Qarabağ müharibəsində iştirakından, bu gün dövlət rəhbərliyi tərəfindən liseyin qayğı ilə əhatə olunmasından, qazandığı nailiyyətlərdən söz açdılar. Çıxışlarda vurğulandı ki, böyük öndər həm həyatı, həm də fəaliyyətilə bugünkü yeniyetmə və gənclər üçün vətənpərvərlik örnəyidir. Mərasimin rəsmi hissəsi başa çatdıqdan sonra qonaqlar Cəmşid Naxçıvanski adına Hərbi Liseyin muzeyində ümummilli liderlə bağlı hazırlanmış ekspozisiyaya baxıblar. Silahlı Qüvvələrin mahnı və rəqs ansamblının yaradıcı heyəti mərasim iştirakçıları qarşısında maraqlı konsert proqramı ilə çıxış etdi.
Ə.QASIMOV




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10134

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info